Dünyanın ən bahalı ətirləri – ARAŞDIRMA

clive-christian-no-1-perfume-imperial-majesty

Hər birimizə aydın olduğu kimi hər bir insanın özünün individual qoxusu var. Hərə öz zövqünə görə bir ətir seçir. Dünyanın müxtəlif yerlərində fərqli qiymətə ətirlər satılır. Onlar arasında bəziləri var ki, qiymətləri və görünüşlərinə – dizaynlarına görə digərlərindən fərqlənir. 

Bu gün sizə Dünyanın ən bahalı ətirlərini təqdim edirik:

1) “Baccarat’s Les Larmes Sacrées de Thebe” – Fransa istehsalı olan bir ətirdir. Vizyon  – görünüş baxımından ən gözəl parfümlərdən biridir. 1990-cı ilin sonunda Christine Nagel tərəfindən hazırlanan bu ətir  yasəmən (jasmine), ilanq-ilanq yağı, kardamon ədviyyatı, ətirşah,  ətirli qətran, sandal ağacı, reyhan, müşk və mərsin bitkisi kimi rayihələrə (tama) malikdir.

Ətirin qiyməti 1700 $ dollardır. (0.25 oz.-nın qiyməti 1,700 dollara başa gəlir.) Onun qiymətinin baha olması şüşəsi ilə əlaqədardır. Belə ki, qab təmiz büllurdan hazırlanır.

Onun şüşəsi piramida formalı kristaldan (təmiz büllur) ibarətdir ki, onun da çox zərif və həssas olduğu deyilir.

Baccarat_Les_Larmes_Sacrees_de_Thebes

loffit_los-perfumes-mas-ex_02

original-118742

2) Annick Goutal Perfume Eau D’hadrien” – Fransa istehsalı olan, həm qadınlar üçün, həm də kişilər üçün olan sitrik bir ətirdir. Ətir 1981-ci ildə Annick GoutalFrancis Camail tərəfindən hazırlanılıb. Ətir qreypfrut, limon, sərv, naringi, portağal, siciliya limonu, aldehid və ilanq-ilanq kimi rayihələri verən xüsusiyyətlərə malikdir. Ətirin 2 oz.-nun qiyməti 1700 dollardır.

P1020761.jpg

Annick_Goutal_Eau_d__039_Hadrien_Eau_De_Parfum_Spray_50ml_1403088273

for men.jpg

annick_goutal_eau_d__039_hadrien_eau_de_parfum_spray_50ml_1403088273_big

3) “Caron’s Poivre” – Fransa istehsalı olan ətirdir. Karon şirkəti tərəfindən hazırlanmış və sırf qadına xas olan bir ətirdir. Ətir qırmızı və qara bibər ətirlərinin qarışığını və ətirşah, qızılgül, yasəmən, tuberoza, ilanq-ilanq və mixək rayihələrini verir. 50 il bundan əvvəl (1954-cü ildə) Parisdə istehsal olunub. Ətir parfümerlər olan Ernest Daltroff and Michel Morsetti tərəfindən hazırlanmışdır.  Məhdud sayda buraxılır. Şüşəsi isə Félicie Bergaud tərəfindən “Baccara” büllurundan düzəldilib. Şüşə tıxacı (Probkası) və bütöv zirvəsi ağ qızılla bəzədilmişdir. Ətirin qiyməti 2000 $ dollardır. (2 oz.)

da00955fa715d781ad23550a5c509359.jpg

Caron-Poivre.jpg

cbdf1e0cfd9127a8079cfa69d4b9f7bb

4) “Ralph Lauren Notorious” – Amerika brendidir. Məşhur amerikalı dizayner Ralf Lauren tərəfindən düzəldilib. 25 yaşdan yuxarı xanımlar üçün nəzərdə tutulub. Ən bahalı çeşidinin qiyməti 3540 $ dollardır.

717HF1tXtfL._SL1500_.jpg

614_0.jpg

ralph_lauren_notorious_for_women_2ralph-lauren-notorious (1)

5) “Clive Christian No.1” – Britaniya istehsalıdır.  Britaniyalı dizayner Klayv Kristian tərəfindən hazırlanıb. 1000-dən çox növü var. 30 ml.-i 5500 dollardır. Ən bahalı növünün qiyməti 215.000 dollardır. (Bloqun sonlarına yaxınlaşdıqca növbəti siyahıda onu görəcəksiniz.)

“Clive Christian No.1” – rin qoxusu son dərəcə zərifdir, çünki o, Berqamot, təbii saqqız qətranı, orris, səndəl ağacı, vanil və Madaqaskarda yetişən ilanq ilanqanın ekstraktından hazırlanmışdır.  Bu inqrediyentləri il ərzində belə toplamaq mümkün deyil, çünki demək olar ki, hal-hazırda mövcud deyil. Ona görə də Clive Christian No. 1-in 2 oz-un qiyməti  2,150 $ dollardır.

clive-christian.jpg

61HWnrwD+YL._SL1000_.jpg

375x500.4648NMC02Z8_mu.jpg

clive_christian-no1_pure_perfume_30ml-500x500

6) “Royal Arms Diamond Edition Perfume” – Britaniya istehsalıdır.  Şahzadə Yelizavetanın 60 illiyi münasibətiylə xüsusi hazırlanıb. Şüşəsi brilyant və qızılla bəzədilib. Qiyməti 23.000 $ dollardır.

o.19241.jpg

floris-royal-arms-diamond-edition.jpg

2 royal arms.jpg

Royal-Arms-landscape

7) “Clive Christian Imperial Majesty” – Böyük Britaniya istehsalıdır. Clive Christian şirkətinin bir markasıdır. Korolevski parfümdür. Tərkibində iki nadir tapılan qoxu var. Şüşəsi isə dağ büllurundan hazırlanıb. Qapağında 5 əyyarlı brilyantlar var.

Guinness Rekorlar Kitabı’na dünyanın ən bahalı parfümü olaraq daxil olmuşdur.  Ətir kardamon, yasəmən, qərənfil və limon rayihələrini verir. Clive Christian Perfume, ətri ilə ətrafdakı hər kəsi öz təsiri altına ala bilmə gücünə malikdir. Qiyməti 215.000 $ dollardır. (16.9 oz.)

Bundan 10 il əvvəl ilk tanıtımı edildi; o gün bu gündür bu ətir parfüm dünyasındakı güclü mövqeyini hələ də qorumaqdadır. Çünkü bahalı olduğu qədər də ən ağıldaqalıcı və ən bəyənilən parfümlər arasında yer alır. Məzmun anlamında onu bu qədər bahalı edən Taiti vanili və Hindistan’dan təbii sandal ağacıdır.

Ətirin bu qədər bahalı olmasının tək səbəbi əlbəttə sadəcə ətri deyil; Clive Christian’ın        5 karat ağ almazla (qapağında yerləşir) qablaşdırılması18 karat qızıl örtük bəzəyi də parfümü bu qədər dəyərli edən səbəblərdən biridir. Ətir “Clive Christian No.1”-dən fərqli olaraq Baccarat Crystal (Bakkara Billuru) qabında istifadəyə verilmişdir. Başa düşdüyünüz kimi, toplam qiymətin 175.000 $ dolları şüşə, 32.000 doları isə ətrə aiddir.

Məhsul haqqında çox maraqlı bir fakt: Clive Christian Imperial Majesty  dünyada sadəcə 10 ədəd sayda hazırlanmışdır.

clive-christian-no-1-perfume-imperial-majesty.jpg

Clive-Christian-imperial

clive-christian-no-1-perfume-imperial-majesty-edition-closeup.jpg

1325487864_clive-christian-2

Untitled-13-1.jpg

8) “DKNY Golden Delicious” – Amerikan kökənli fransız brendidir. Yaradıcısı Donna Karan 1989-cu ildə DKNY şirkətini Nyu Yorkda təsis etmişdir, 1996 -cı ildə firma açıq satılan bir şikət olmuş, 2001 ci ildə isə Fransanın “Louis Vuitton Moet Hennessey” şirkəti tərəfindən satın alınmışdır.  Tərkibində qırmızı alma, portağal, gavalı, ağ liliya və başqa çiçəklərin qoxusu birləşib. Adi qabda ətirin qiyməti 40-50 $ dollardır. 2011-ci ildə isə ətir üçün xüsusi qab hazırlandı və dünyanın ən bahalı ətiri kimi tarixə düşdü. Belə ki, qab 2909 bahalı daşla bəzədilib. Qiyməti isə 1 milyon $ dollardır. Onun satışından əldə olunan gəlir xeyriyyə məqsədiylə xərclənib.

dkny-main.jpg

o.29075.jpg

o.11153

o.21265

Bu kimi faydalı bloq yazılarının davamlı olmasını istəyirsinizsə, 1 DƏQİQƏ vaxtınızı ayırıb aşağıda 2 sadə addımı etməyinizi sizdən xahiş edirik.

  1. Oxuduğunuz yazını aşağıda “Facebook və ya LinkedIn” butonlarından birinə tıklayaraq öz xəbər lentinizdə paylaşmaq. (Oxuduğunuz bloqla dostlarınıza faydalı olmaq üçün)
  2. Aşağıdakı abunə xanasında emailinizi daxil edib, “Abunə ol” butonuna tıklamaq.                (Dərc olunan yeni bloq yazıları barədə bildiriş almaq üçün)

Bloqu oxuduğunuz üçün sizə xüsusi təşəkkürümüzü bildiririk!

XƏYAL ABDULLAYEV

Rating: 1 out of 5.

BLOQA ABUNƏ OLMAQ ÜÇÜN ZƏHMƏT OLMASA, AŞAĞIDA EMAİLİNİZİ QEYD EDİB, DAHA SONRA “ABUNƏ OLUN” BUTONUNA TIKLAYIN.

Featured post

Dünyanın ən bahalı 10 telefonu

 

10. Vertu Signature Cobra (310.000 $)

vertu-telefonu

Bugünə qədər Vertu Signature Cobra adlı bir telefon eşitmişdiniz? Sensorlu ekrana sahib olan telefonlar sizə böyük görsənirsə və kiçik ekran həvəskarısınızsa bu telefon əsl sizin üçün yaradılıb. Ancaq qiyməti sizə görə olmaya bilər. Telefonun hər bir tərəfi qiymətli daşlarla bəzədilib və normal telefonda olan hər bir özəlliyə sahibdir. Bu telefon cəmi 8 ədəd istehsal edilmişdir.

 

9. Gresso Luxor Las Vegas Jackpot ( 1 milyon  $)

gresso-luxor

Bu telefona sahib olmaq üçün 1 milyon dollar ödəmək lazımdır! Qiyməti çox baha görünə bilər amma bu telefonu hazırlamaq üçün 45 karat qara almaz, 18 karat saf qızıl və digər qiymətli daşlardan istifadə edilib. Eyni zamanda bu telefonu əldə etmək çox çətindir. Çünki dünyada cəmi 3 ədəddir.

 

8. Diamond Crypto Smartphone (1.3 milyon $)

diamond

1.3 milyon dollarlıq bu ağıllı telefon digərlərindən fərqlidir. Çünki heç bir ağıllı telefon bu qədər qiymətli daşlarla bəzədilməyib. Aralarında 10 ədəd mavi daşın da iştirak etdiyi bu telefonun örtüyünü düzəltmək üçün 50-ə yaxın qiymətli daşdan istifadə edilib.

7. GoldVish Le Million ( 1.45 milyon $)

goldvish

İsveçrə istehsalı olan bu telefonun örtüyündə 18 karat qızı, 120 karat brilliant və platindən istifadə edilib. Bu telefona sahib olmaq isə çox çətindir. Çünki dünyada cəmi 3 ədəddir.

 

6. Almaz örtüklü iPhone 6 ( 2.5 milyon $)

iphone-6

Bu telefonun da istehsalında qiymətli daşlardan istifadə edilib. Telefonun gövdəsi 18 karat qızıldan və almazlardan ibarətdir. Apple loqosu isə tamamilə almazdan ibarətdir. 2.5 milyon dollar qiyməti olan bu telefondan dünyada çox az saydadır.

 

5. iPhone 3G Kings Button ( 2.5 milyon $)

iphone-3

iPhone 3G Kings Button 18 karat sarı, ağ və çəhrayı qızıldan istifadə edilərək hazırlanıb. Plastik xətlərin üzərində 6.6 karat brilliant döşənib.

 

4. Supreme Goldstriker iPhone 3G ( 3.2 milyon $)

supreme-gold

3.2 milyon dollarla gəlirli biznes sahələrindən birinə sərmayə yatırıb sərvəti daha da artırmaq olar. Ancaq bəzi milyonçular var dövlətini bu cür əşyalara xərcləməyi sevirlər. Bu telefonun istehsalında 22 karat qızıl, 136 ədəd briliant və menyu düyməsində 7.1 karat ağırlığında almazdan istifadə olunub. Telefonun özünü isə almaq mümkün deyil. Çünki az sayda istehsal edildiyi üçün artıq satışda yoxdur.

 

3. Diamond Rose iPhone 4 32GB ( 8 milyon $)

diamond-rose

Bu iphoneun istehsalında isə 100 karat ağırlığında 500 ədəd almazdan istifadə edilibı. Arxa hissəsində 53 ədəd brilliantdan istifadə edilərək yaradılan apple loqosu isə telefona ayrıca gözəllik verir. Telefonun menyu düyməsi isə 7 karat almazdan istifadə edilərək yaradılıb.

 

2. iPhone 5 Black Diamond ( 15 milyon $)

diamond-rose

15 milyon dollar dəyərindəki bu telefon adından da göründüyü kimi nadir əldə edilən qara almazlarla bəzədilib. Apple loqosunda 53 ədəd brilliantdan istifadə edilib. Telefonun gövdəsi 53 ədəd brilliant, 24 karat qızıldan istifadə olunaraq hazırlanıb.İstehsalı 9 ay çəkib bu telefon tamamilə əl ilə istehsal edilib.

 

1. SuperNova Diamond iPhone 6 ( 45.5 milyon $)

falcon

İnanılmazdır amma 45.5 milyon dollarlıq telefon da var siyahıda. Bu telefon dünyanın ən bahalı telefonu olmaqla yanaşı həm də ən gözəl telefonlarından biridir. Telefonun arxa hissəsi çox nadir hallarda tapılan çəhrayı qızılla düzəldilib. Telefonun bu qədər bahalı olmasının əsas səbəbi də budur.

 

Hər dəfə yazılan  bu kimi yeni bloq yazılarından və araşdırmalardan xəbərdar olmaq istəyirsinizsə sağ tərəfdə aşağıda izlə bölməsinə öz emailinizi yazıb göndərməyiniz  yetərlidir. Əks halda yeni dərc olunan yazılar emailinizə gəlməyəcək.

Göstərdiyiniz diqqətinizdən dolayı hər birinizə sevgi dolu dərin təşəkkürümüzü bildiririk.

Featured post

Ən yaxşı biznes təhsili verən dünyanın 15 ən yaxşı Biznes Universiteti

Photo Services

Salam bloqumuzun əziz və dəyərli oxuyucuları. Bu dəfə sizlər üçün biznes təhsili üzrə ən yaxşı və keyfiyyətli təhsil verən 15 universitetini araşdırdım. Buyurun həmin bu 15 universitetin məlumatlarını görüntüləri ilə birlikdə sizlərə təqdim edirəm.

 

  1. Harvard Business School (Harvard University)
Yeri Massaçusets ştatı, Boston şəhəri, ABŞ
Devizi Həqiqət (Veritas)
Simvolu Tünd qırmızı rəng
Fəaliyyətə başladığı il 1908-ci il
Proqramları MBA, PhD, HBX (online) və idarəedici təhsil proqramları
ABŞ-ın ən qədim, dünyanın ən məşhur universitetlərindən biridir. U.S. News & World Report 2015 sıralamasında Harvard və Stanford Universitetlərini Biznes məktəbləri üzrə ilk yerlərdə sıralamışdır. Harvard Universitetinin adı  ingilis missioneri və xeyriyyəçisi Con Harvardın şərəfinə Harvard adlandırılıb.  Con Harvard ölümündən sonra mülkünün yarısını və kitabxanasının 400 kitabını Universitetə bağışlayıb.

Dünyaya ən çox Nobel mükafatı laureatı bəxş edən universitet Harvarddır.

stacked_1200px_130327

slika-_original-1359794017-846102

 

 

  1. Stanford Graduate School of Business (Leland Stanford Junior University)
Yeri Kaliforniya ştatı, Palo Alto şəhəri, Stanford bölgəsi, ABŞ
Devizi Azadlıq yeli əsir ( The wind of freedom blows)
Simvolu Parlaq qırmızı və ağ rənglər
Fəaliyyətə başladığı il 1925-ci il
Proqramları MBA, Master və PhD proqramları
ABŞ-ın və dünyanın ən prestijli universitetlərindən biridir. Stanford Universiteti Leland Stanford tərəfindən təsis edilmişdir. U.S. News & World Report 2015 sıralamasında Harvard və Stanford Universitetlərini Biznes məktəbləri üzrə ilk yerlərdə sıralamışdır.

59 Nobel laureatı Stanford Universiteti ilə bağlıdır.

GSB_H_SEAL_2C_0

GSB

 

 

  1. The Wharton School (University of Pennsylvania)
Yeri Pensilvaniya ştatı, Filadelfiya, ABŞ
Devizi Əxlaq olmadan qanunlar işə yaramaz ( Laws without morals are useless)
Simvolu Qırmızı və göy rənglər
Fəaliyyətə başladığı il 1881-ci il
Proqramları Bakalavr, MBA, PhD və bir sıra diplom proqramları
Pensilvaniya Universiteti Benjamin Franklin tərəfindən təsis edilmişdir. ABŞ-ın ən nüfuzlu ali məktəblərini birləşdirən Sarmaşıq Liqasına daxildir.

Universitetin Wharton Biznes məktəbi ABŞ-ın ilk biznes məktəbidir. Məktəb ən böyük qlobal tələbə şəbəkəsinə malikdir (təxminən 100.000 məzun). Məktəbin adı Josef Wharton adlı Filadelfiyalı biznes sahibinin adı ilə bağlıdır.

wharton

04campuswharton-school-space-planning-1

 

 

  1. Sloan School of Management (Massachusetts Institute of Technology)
Yeri Masaçusets ştatı, Kembridc, ABŞ
Devizi Ağıl və Əl (Mind and Hand)
Simvolu Qırmızı, boz və açıq boz rənglər
Fəaliyyətə başladığı il 1914-cü il
Proqramları Bakalavr, Master, MBA, PhD və idarəedici təhsil proqramları
Masaçusets Texnologiya İnstitutu William Barton Rogers tərəfindən təsis edilmişdir.

81 Nobel laureatı İnstitutun adı ilə bağlıdır.

Bugünkü kompüter sivilizasiyasının bir çox nailiyyətləri bu institutda əldə olunub. Məktəbin adı General Motors-un prezidenti Alferd P. Sloanın adı ilə bağlıdır. Dünyada MBA proqramları üzrə ən çox seçilən məktəbdir.

MIT_School_of_Management.svg

539w

 

 

  1. Booth School of Business (University of Chicago)
Yeri İllionis ştatı, Çikaqo, ABŞ
Devizi Biliyi daha çox inkişaf etdirək; və beləcə insan həyatını zənginləşdirək (Let knowledge grow from more to more; and so be human life enriched)
Simvolu Tünd qırmızı və ağ rənglər
Fəaliyyətə başladığı il 1898-ci il
Proqramları MBA və PhD proqramları
Çikaqo Universiteti neft maqnatı və xeyriyyəçi John D. Rockefellerin yardımı ilə Amerikan Baptist Təhsil Cəmiyyəti tərəfindən təsis edilmişdir.

89 Nobel lauratı Universitetin adı ilə bağlıdır.

ABŞ-ın 2-ci ən qədim Biznes məktəbidir. Məktəbin adı Amerikalı biznesmen David G. Booth adı ilə bağlıdır.

Chicago Booth

harper-center

 

 

  1. Columbia Business School (Columbia University)
Yeri New York , ABŞ
Devizi Sənin işığında biz işıq görəcəyik (In Thy light shall we see light)
Simvolu Göy və ağ rənglər
Fəaliyyətə başladığı il 1916-cı il
Proqramları Bakalavr, Master, MBA, PhD və idarəedici təhsil proqramları
Böyük Britaniya kralı II George tərəfindən Kral Kolleci adı altında təsis edilmişdir. Amerikan İnqilab müharibəsindən sonra adı dəyişərək Kolumbiya kolleci olmuşdur.

101 Nobel laureatı Universitetin adı ilə bağlıdır.

Kolumbiya Biznes məktəbi dünyanın ən qabaqcıl Biznes məktəblərindən biridir. ABŞ-ın ən nüfuzlu ali məktəblərini birləşdirən Sarmaşıq Liqasına daxildir.

columbia-bschool

Columbia1

 

 

  1. Kellogg School of Management (Northwestern University)
Yeri İllionis ştatı, Evanston, ABŞ
Devizi Ruhlandırıcı inkişaf (Inspiring Growth)
Simvolu Bənövşəyi rəng
Fəaliyyətə başladığı il 1908-ci il
Proqramları MBA, MBA+, MBA-JDMMM, PhD və MDİ proqramları
Universitet John Evans tərəfindən təsis edilmişdir (Evanston şəhərinin adı da John Evansın adı ilə bağlıdır).

Kellogg məktəbinin Honk-Konqda, Tel Avivdə, Torontoda, Vallendar/Koblenzdə və Beijinqdə beynəlxalq mərkəzləri var. “Super Elit M7 Biznes Məktəbləri”nə daxildir. “Super Elit M7 Biznes Məktəbləri”nə Harvard, Stanford, Wharton, Sloan, Booth, Kolumbiya və Kellog Biznes məktəbləri daxildir.

e170e2ff9e3b0cbddbb5ed9c4728422e

Power-Construction---Northwestern-Kellogg-In-Progress

 

 

  1. London School of Economics and Political Science
Yeri London, İngiltərə
Devizi Hər şeyin səbəbini bilmək üçün (To Know the Causes of Things)
Simvolu Bənövşəyi, qara və qızılı rənglər
Fəaliyyətə başladığı il 1895-ci il
Proqramları MPhil, MRes, PhD, MPA, EMBA, Master və diplom proqramları
Fabian Şəbəkəsi üzvləri tərəfindən təsis edilmişdir. Sosial Elmlər üzrə qlobal liderdir. Dünyanın ən prestijli universitetləri arasındadır.Bəzən Britaniya universitetlərinin “Qızıl Üçbucağı”nın bir hissəsi kimi təsvir edilir.

Birləşmiş Krallıqda adətən ən yaxşı universitetlər sırasında 3-cü yerdə olur.

lselogo

cover

 

 

  1. London Business School
Yeri London, İngiltərə
Devizi Dünya biznesinə dərin təsir etmək üçün
(To have a profound impact on the way the world does business)
Simvolu Göy və qırmızı rənglər
Fəaliyyətə başladığı il 1964-cü il
Proqramları MBA, EMBA, Master, PhD və idarəedici təhsil proqramları
Franks Report mövcud universitetlərin hissəsi kimi 2 biznes məktəbinin açılmasını tövsiyyə etdikdən sonra təsis edilmişdir (London Biznes Məktəbi və Mançester Biznes Məktəbi). 2006-cı ildə MBA və idarəedici təhsil verən bir mərkəzi də Dubayda fəaliyyətə başlamışdır. Financial Times-a görə MBA proqramları üzrə universitetlər arasında dünyada 1-ci yerdədir.

LBS_logo_

London-Business-School

 

 

  1. Tuck School of Business (Dartmouth College)
Yeri New Hampshire ştatı, Hanover, ABŞ
Devizi Səhrada ağlayan birinin səsi (The voice of one crying out in the wilderness)
Simvolu Yaşıl rəng
Fəaliyyətə başladığı il 1900-cü il
Proqramları MBA və idarəedici təhsil proqramları
Dartmouth Kolleci Eleazar Wheelock adlı nazir tərəfindən təsis edilmişdir. Biznes məktəbinin adı Dartmouth Kollecinin məzunu Amos Tuck-un adı ilə bağlıdır.

ABŞ-ın ən nüfuzlu ali məktəblərini birləşdirən Sarmaşıq Liqasına daxildir. MBA üzrə təhsil verən ilk təhsil müəssisəsidir.

tuckf.l349

Dartmouth-Tuck

 

 

  1. Yale School of Management (Yale University)
Yeri Connecticut ştatı, New Haven, ABŞ
Devizi Əsrlərin yeni qaydası (A New Order of the Ages)
Simvolu Göy rəng
Fəaliyyətə başladığı il 1976-cı il
Proqramları MBA, EMBA, MAM, PhD və idarəedici təhsil proqramları
Yale Universiteti bir qrup nazir tərəfindən təsis edilmişdir.

ABŞ-ın 3-cü ən qədim təhsil müəssisəsidir. ABŞ-ın ən nüfuzlu ali məktəblərini birləşdirən Sarmaşıq Liqasına daxildir.

52 Nobel laureatı Yale Universiteti ilə bağlıdır.

yale-university-yale-school-of-management

img0

 

 

  1. Haas School of Business (University of California)
Yeri Kaliforniya ştatı, Berkeley, ABŞ
Devizi İnnovasiya vasitəsilə rəhbər (Leading Through Innovation)
Simvolu Göy və qızılı rənglər
Fəaliyyətə başladığı il 1898-ci il
Proqramları Bakalavr, Master, MBA, PhD və idarəedici təhsil proqramları
Kaliforniya Universiteti Kaliforniya Kollecinin və Oaklandda Kənd Təsərrüfatı, Mədən-sənayesi və Mexaniki İncəsənət Kollecinin birləşməsi nəticəsində təsis edilmişdir.

72 Nobel laureatı Universitetlə bağlıdır.

Haas Biznes Məktəbi ABŞ-ın 3-cü ən qədim biznes məktəbidir. Dünyanın ən prestijli biznes məktəblərindən biridir.

Berkeley_Haas_Square2-250x250

148b81eb3f3377e0464b3f94b768d448

 

 

  1. Saïd Business School (Oxford University)
Yeri Oxford, İngiltərə
Devizi Lord mənim işığımdır (The Lord is my Light)
Simvolu Göy rəng
Fəaliyyətə başladığı il 1996-cı il
Proqramları Bakalavr, Master, MBA, DPhil proqramları
Oxford Universitetinin təsis olunduğu il dəqiq məlum deyil (1096-cı ildə tədrisin olduğu məlumdur) və Universitet ingilis dilli dünyanın ən qədim təhsil müəssisəsidir.

Oxford Universiteti ən geniş universitet mətbuatı və akademik kitabxanaya sahibdir.

Said Biznes məktəbinin adı Wafic Saïd adlı Səudi-Suriyalı millionerin adı ilə bağlıdır.

tradegothic lock up

background-skoll2

 

 

  1. Fuqua School of Business (Duke University)
Yeri Şimali Karolina ştatı, Durham, ABŞ
Devizi Bilik və İnam (Knowledge and Faith)
Simvolu Göy və ağ rənglər
Fəaliyyətə başladığı il 1969-cu il
Proqramları Master, MBA və PhD proqramları
Duke Universtiteti metodistlər və kvakerlər (dini təriqət üzvləri) tərəfindən təsis edilmişdir. Universitetin adı James Buchanan Duke adlı tütün və elektrik enerjisi sənayeçisinin adı ilə bağlıdır.

Fuqua Biznes məktəbinin adı biznesmen və xeyriyyəçi John Brooks Fuquanın adı ilə bağlıdır.

fuqua-logo-CMYK

FUQUA_entrance.elev_.twi_.c_0

 

 

  1. Institut Européen d’Administration des Affaires (INSEAD)
Yeri Fontainebleau, Fransa
Devizi Dünya üçün biznes məktəbi (The Business School for the World)
Fəaliyyətə başladığı il 1957-ci il
Proqramları MBA, EMBA, PhD və müxtəlif idarəedici proqramlar
Kapitalist və Harvard professoru Georges Doriot tərəfindən təsis edilmişdir.

INSEAD Avropa Biznes Admistrasiyası İnstitutunun fransızca abbreviaturasıdır. Avropa, Əbu-Dabi və Sinqapurda mərkəzləri var.

Business Strategy 2

PHO28256f4e-c43a-11e5-a5e6-8f1cad47d9fc-805x453

 

Bloqu oxudunuzsa zəhmət olmasa aşağıda “Bir cavab yazın” adlı komment hissəsində öz fikirlərinizi, rəylərinizi  və eyni zamanda öz əlavələrilərinizi bizimlə bölüşməyi və eyni zamanda bu yazını facebookda həyat yolunuzda paylaşmağı unutmayın.

 

Hər dəfə yazdığım bu kimi yeni bloq yazılarımdan və araşdırmalardan xəbərdar olmaq istəyirsinizsə sağ tərəfdə aşağıda izlə bölməsinə öz emailinizi yazıb göndərməyiniz  yetərlidir. Əks halda yeni dərc olunan yazılar emailinizə gəlməyəcək.

Göstərdiyiniz diqqətinizdən dolayı hər birinizə sevgi dolu dərin təşəkkürümü bildirirəm.

 

XƏYAL ABDULLAYEV

Featured post

100 Great Time Management Ideas (PDF)

Kitabı endirmə linki: 100-great-time-management-ideas-100-great-ideas-pdfdrive-1

Bu kimi faydalı PDF kitabların davamlı olmasını istəyirsinizsə, 1 dəqiqə vaxtınızı ayırıb aşağıda 2 sadə addımı etməyinizi xahiş edirik.

  1. Oxuduğunuz yazını aşağıda “Facebook və ya LinkedIn” butonlarından birinə tıklayaraq öz xəbər lentinizdə paylaşmaq. (Oxuduğunuz PDF kitabı dostlarınızla paylaşmaq üçün)
  2. Aşağıdakı abunə xanasında emailinizi daxil edib, “Abunə ol” butonuna tıklamaq. (Dərc olunan yeni bloq yazıları və PDF kitablar barədə bildiriş almaq üçün)

Diqqətiniz üçün təşəkkürü edirəmk!

XƏYAL ABDULLAYEV

BLOQA ABUNƏ OLMAQ ÜÇÜN ZƏHMƏT OLMASA, AŞAĞIDA EMAİLİNİZİ QEYD EDİB, DAHA SONRA “ABUNƏ OLUN” (SIGN UP) BUTONUNA TIKLAYIN.

İşimiz gücümüz satış (PDF)

Bu kimi faydalı PDF kitabların davamlı olmasını istəyirsinizsə, 1 DƏQİQƏ vaxtınızı ayırıb aşağıda 2 sadə addımı etməyinizi xahiş edirik.

  1. Oxuduğunuz bloqu aşağıda “Facebook və ya LinkedIn” butonlarından birinə tıklayaraq öz xəbər lentinizdə paylaşmaq. (Oxuduğunuz bloqla dostlarınıza faydalı olmaq üçün)
  2. Aşağıdakı abunə xanasında emailinizi daxil edib, “Abunə ol/İzlə” butonuna tıklamaq. (Dərc olunan yeni PDF kitablar barədə bildiriş almaq üçün)

BLOQA ABUNƏ OLMAQ ÜÇÜN ZƏHMƏT OLMASA, AŞAĞIDA EMAİLİNİZİ QEYD EDİB, DAHA SONRA “İZLƏ” (SIGN UP) BUTONUNA TIKLAYIN.

Pepsi ilə Coca-colanın 50 illik rəqabəti

Rəqabət böyük hekayələri, ən böyük rəqabət isə ən böyük hekayələri meydana gətirər. İndiki vaxtda qida sektorunda qabaqcıl firmaların güclü rəqabətlərinə şahidlik etdiyimiz kimi fərdi miqyasda yaşanan rəqabət də söz mövzusudur. Aşağıdakı məqalədə unudulmayacaq rəqabətləri sizə təqdim edirik.

Bu gün içki sektoru deyilincə ağılımıza gələn ilk iki şirkət Coca Cola və Pepsidir. İki şirkətin loqoları, qlobal səviyyədə bazar paylarını artırmaq üçün xərclədikləri aktivitilər bizim keyfiyyətli bir rəqabətə şahidlik etməyimizə səbəb olur. 

CocaCola ilk dəfə 1886-ci ildə bazara daxil olduğunda sektorda rəqibsiz vəziyyətdə idi. Daha sonrakı illərdə Pepsinin “Pepsi Cola” adıyla bazara girməsi ilə amansız rəqabətin startı verilmiş oldu. Rəqabətləri ərzində ilk dəfə 1980-ci illərin əvvəllərində Pepsinin supermarketlərdə  Coca Colanın satışlarını keçməyi bacardığını görürük. Onun xaricində 100 ildən çox bu rəqabətdə ümumiyyətlə CocaColanın rəqibindən bir addım öndə olduğu açıq aydındır.
Lakin Coca Colanın qarşısında Pepsi kimi bir rəqibi olmasaydı, bu gün gündə 1 milyardlıq satış statistikasına çata bilməzdi.

Dünyanın ən qiymətli markaları sıralamasında ilk sıraları paylaşan Coca Cola və Pepsi, 120 illik tarixlərində bir çox marketinq müvəffəqiyyətinə imza atdılar. Amma hər iki şirkətin özlərinə milyonlarla dollara başa gələn marketinq səhvləri də oldu. Qısacası “düşmən qardaşlar” ın tarixi ibrət verici marketinq hadisələri ilə doludur.
Coca Cola toplu ad olma üstünlüyünü istifadə edərkən, Pepsi bir növ “Niyə Coca Coladan fərqli olduğunu” və “istehlakçının niyə pepsini seçməli olduğunu” ortaya qoya bilmədi. Məsələn Pepsinin markasından istifadə olunan “Cola” titulu şüurlu bir seçimdə və iki şirkət arasında illərcə sürən hüquq mübarizələrinə səbəb oldu. Nəticədə Pepsi, “Cola” başlığının yalnız CocaColaya özəl olmadığını göstərməyi bacardı. Amma bu səbəblə bazara girən bir çox yeni rəqiblər də eyni marka adını istifadə etmək şansını əldə etdi və rəqabət daha da artdı.

Pepsinin dadının istehlakçılar tərəfindən çox seçim edilməsi, Coca Colanın məhsul idarəçilərini yeni bir düstur axtarışına məcbur etdi və bir illik araşdırma sonunda, yeni formullu New Coke bazara girmək üçün hazır vəziyyətə gəldi. 200 min istehlakçı ilə edilən dad testlərində, nəticə gözləntilərin üzərində idi. İstehlakçılar testlərdə New Coke-un dadının, yalnız Coca Cola-nın köhnə düsturundan deyil, Pepsidən də gözəl olduğunu bildirirdilər. Bu ruhlandırıcı test nəticələrinə çox inanan Coca Cola rəhbərliyi, eyni anda, eyni məhsul kateqoriyasında iki fərqli məhsul istehsal etməyəcəklərini düşünərək, klassik CocaColanın istehsalına son verib, yalnız yeni formullu New Coke istehsal etmək qərarını verdilər. Bir çox marketinq mütəxəssisinə görə bu qərar, marketinq dünyasının gəlmiş keçmiş ən böyük səhvi idi.

NEW COKE-NİN TANITIMI

23 Aprel 1985-ci ildə New Coke-nun tanıtımı edildi və bir neçə gün sonra da Coca Cola-nın istehsalına son verildi. Bu qərarın açıqlanmasından sonra Amerika xalqı New Coke-nu boykot etməyə başladı. İstehlakçılar, 100 illik tarixi ərzində bir “Amerika əfsanəsi” halına gələn klassik Coca Colanın bir göz qırpımında atılmasını , bağlanmasını qəbul etmədilər. Satışlar düşdü, etirazlar yayıldı. Mütəxəssislərə görə Coca Cola rəhbərliyi istehlakçıların klassik Coca Cola ilə bağlılığını qəbul edə bilmirdilər. Edilən araşdırmalar yeni düsturun nə qədər müvəffəqiyyətli olduğu mövzusunda deyil, köhnə markaya bağlılığın nə qədər güclü olduğu mövzusunda aparılmalı idi. Coca Cola, marka sədaqətini yaradarkən, istehlakçı ilə məhsul arasında, məhsulun keyfiyyətinə müstəqil bir əlaqə yaratmışdı və New Coke dövriyyəyə girərkən bu əlaqəyə ilişdi.

MESAJI ALDIQ

New Coke lansmanının üzərindən 1,5 ay keçməmişdi ki, dövrün Coca Cola başçısı Roberto Goizueta, mətbuatın önünə çıxdı və “Mesajınızı aldıq” mesajını verdi. New Coke istehsalı dayandırılıb, yenidən köhnə düstura dönmə qərarı alınmışdı. ABC televiziya kanalı, bu xəbəri normal yayın kimi kəsərək, “son dəqiqə xəbəri” olaraq verdi. 100 əsrlik köhnə formullu Coca Cola, “Classic Coke” adıyla təkrar çıxarılmağa başladı.
Bənzər marketinq səhvlərindən Pepsi də xilas ola bilmədi. Pepsi iki qat çox kofein ehtiva edən yeni bir içki hazıladı və “Pepsi AM” adıyla bazara verildi. Belə bir məhsula, bir alt marka yaradacaq qədər böyük bir tələb olmadığı üçün, məhsul müvəffəqiyyətli ola bilmədi. Çünki istehlakçılar belə bir ehtiyaclarının olduğunu bilmirdilər. Onlara fərqində olmadıqları bir ehtiyac üçün, hazır bir həll təqdim etmək də çox bahalı bir üsul idi. Ayrıca məhsulun markasından, səhər saatlarını xatırladan AM hərflərinə yer verilməsi də məhsulun uğursuzluğuna təsir edən bir başqa səbəb idi.

MƏNBƏ: BİZPLUS.AZ

Bu kimi faydalı bloq yazılarının davamlı olmasını istəyirsinizsə, 1 DƏQİQƏ vaxtınızı ayırıb aşağıda 2 sadə addımı etməyinizi xahiş edirik.

  1. Oxuduğunuz yazını aşağıda “Facebook və ya LinkedIn” butonlarından birinə tıklayaraq öz xəbər lentinizdə paylaşmaq. (Oxuduğunuz bloqla dostlarınıza faydalı olmaq üçün)
  2. Aşağıdakı abunə xanasında emailinizi daxil edib, “Abunə ol” butonuna tıklamaq. (Dərc olunan yeni bloq yazıları barədə bildiriş almaq üçün)

Bloqu oxuduğunuz üçün sizə təşəkkürümüzü bildiririk!

Rating: 5 out of 5.

BLOQA ABUNƏ OLMAQ ÜÇÜN ZƏHMƏT OLMASA, AŞAĞIDA EMAİLİNİZİ QEYD EDİB, DAHA SONRA “İZLƏ” (SIGN UP) BUTONUNA TIKLAYIN.

100 Ideas That Changed Marketing (PDF)

Bu kimi faydalı bloq yazılarının davamlı olmasını və bizə dəstəyinizi bildirmək istəyirsinizsə, sizdən 1 DƏQİQƏ vaxtınızı ayırıb aşağıda 2 sadə addımı etməyinizi xahiş edirik.

  1. Oxuduğunuz yazını aşağıda “Facebook və ya LinkedIn” butonlarından birinə tıklayaraq öz xəbər lentinizdə paylaşmaq. (Oxuduğunuz bloqla dostlarınıza faydalı olmaq üçün)
  2. Aşağıdakı abunə xanasında emailinizi daxil edib, “Abunə ol” butonuna tıklamaq. (Dərc olunan yeni bloq yazıları barədə bildiriş almaq üçün)

Bloqu oxuduğunuz üçün sizə xüsusi təşəkkürümüzü bildiririk!

XƏYAL ABDULLAYEV

Rating: 1 out of 5.

BLOQA ABUNƏ OLMAQ ÜÇÜN ZƏHMƏT OLMASA, AŞAĞIDA EMAİLİNİZİ QEYD EDİB, DAHA SONRA “ABUNƏ OLUN” (SIGN UP) BUTONUNA TIKLAYIN.

Marketinq strategiyası və Rəqabətli mövqeləşdirmə (PDF)

Müəlliflər: Qrem Huley, Con Sonders, Naycel Pirsi

Rating: 1 out of 5.

Bloqda bu mövzuda maraqlı və faydalı e-kitablar dərc olunduqca emailinizə gəlməsini istəyirsinizsə, aşağıda emailinizi daxil edib, “Abunə ol” butonuna tıklamağınız xahiş olunur.

Strateji Marketinq kitabı (PDF)

Rating: 1 out of 5.

Bloqda bu mövzuda maraqlı və faydalı e-kitablar dərc olunduqca emailinizə gəlməsini istəyirsinizsə, aşağıda emailinizi daxil edib, “Abunə ol” butonuna tıklamağınız xahiş olunur.

Filip Kotler – A-dan Z-yə Marketinq (PDF)

XƏYAL ABDULLAYEV

Rating: 5 out of 5.

Bloqda bu mövzuda maraqlı və faydalı e-kitablar dərc olunduqca, emailinizə gəlməsini istəyirsinizsə, aşağıda emailinizi daxil edib, “Abunə ol” butonuna tıklamağınız xahiş olunur.

Biznes ideyaları reallaşdırmaq üçün 10 sadə qayda

Rusiyada marketinq üzrə nömrə 1 olan İqor Mannın bu qaydaları Sizə ideyalar ilə düzgün və effektiv işləməyə kömək edəcək.

QAYDA #1. Öldürmə. Nə söz, nə sükut, nə də ki baxışın ilə digərlərin yaxşı ideyalarını öldürmə.

QAYDA #2. Öldürməyə imkan vermə. Öz ideyanı heç kimə öldürməyə imkan vermə.

QAYDA #3. Əsnəmə. İdeyalar tez gəlir, lakin ondan da tez gedirlər. Məqamı tut – ideyaları qeyd elə.

QAYDA #4Ətrafınıza fikir verin. İdeyalar hər tərəfdən, hətta gözləmədiyiniz yerdən belə gələ bilərlər.

QAYDA #5Oğurla. Digərlərin ideyalarından istifadə etmək normaldır. 3 qeyd:

  • Sizin ideyalarınızı da oğurlaya bilərlər;
  • Həmkarlarınızın ideyalarını mənimsəməyin;
  • İdeya patent və ya kopirayt ilə qorunursa, bunu etməyin.

QAYDA #6Qarışdır. Öz və özgə ideyaları kombinasiya edin. Sizin ideyanız + özgə ideya = Sizin yeni bir ideyanız.

QAYDA #7. Bölüş. Bir biriniz ilə ideyalarınızla bölüşün. Bernard Şou deyirdi: «Əgər sizdə alma varsa, məndə də alma var. Əgər biz onları dəyişsək, yenə də hərəmizdə bir alma olur. Əgər sizdə ideya varsa və məndə də ideya olsa və biz onları dəyişsək, onda hərəmizdə iki ideya olacaqdır».

QAYDA #8. Dayanma. Heç vaxt ideyaları icad və reallaşdırmağını dayandırma. Dayanma yaradıcılıq ölümünə səbəb olur.

QAYDA #9Reallaşdır. Təkcə ideyanı icad etmək kifayət deyil. İdeyaların kəmiyyəti və keyfiyyəti önəmli deyil. Yaxşı ideyaları yaxşı (!) həyata keçirmək lazımdır.

QAYDA #10Fəxr elə. Öz ideya və nailiyyətlərindən utanma. Yaxşı ideyalar və onların uğurlu reallaşdırması – fəxr etmək üçün bundan yaxşı nə ola bilər?

Bu qaydalar haqqında daha ətraflı və digər maraqlı tövsiyyə və ideyalar haqqında Siz “Игорь Манн – Номер 1“ kitabından oxuya bilərsiniz.

Rating: 1 out of 5.

Biznes etikasının 12 əsas prinsipi

Sadə formada desək, etika biznes məkanında hər hansı yeni bir qərar qəbulu zamanı nəzərə alınmalı olan mənəvi standartlardır.

Sözü gedən standartlar nəyin doğru, nəyin yanlış olduğunu göstərir. Etika biznes mühitində qərar qəbul edilməsi prosesinin açarıdır.

Etika qərarların qəbul edilməsi üçün hakim rolunda çıxış etməsə də, ictimaiyyətin müsbət rəyini qazanmaq üçün mühüm meyardır. Biznesdə bu vacib nüansdır, çünki insanların sizi və sizin şirkətinizin inkişafını daim izləyir. Belə ki, cəmiyyətin inamını qazanmaq onu itirməkdən daha çətindir. Əgər siz qeyri-etik hərəkətlərə yol versəniz, insanların etibarını itirər və biznesinizi uçuruma sürükləyərsiz.

Bu yazıda sizin etməli olduğunuz və biznes etikasının əsasını təşkil edən 12 prinsipi təqdim edirik:

1. Düzgünlük. Siz etdiyiniz hər bir işdə və qurduğunuz hər əlaqədə vicdanlı olmalısınız. İnsanları sizin vicdanlı qərarlar verdiyinizi gördüyü zaman, sizin şirkətinizə inanmağa başlayacaqlar. Etik idarəetmə o deməkdir ki, siz faktları təhrif edərək, bəzi həqiqətləri şişirdərək insanlara təqdim etmirsiniz. Əgər sizin şirkətiniz haqqında insanlarda yalnış təəssürat yaranmış olarsa, siz dərhal müvafiq tədbirlər görməli və düzgün məlumatı qısa müddətdə və ətraflı surətdə ictimaiyyətə çatdırmalısınız.

2. Bütövlük (tamlıq). Biznesdə etik davranış şəxsi bütövlüyün yüksək səviyyədə saxlanılması deməkdir. Bu, sizin müştərilərin, iş heyətinin və müdirlərin inamını necə qazanmağınızdan asılıdır. Belə güclü xarakter malik olmaq üçün sözləriniz və hərəkətləriniz bir-birinə uyğun olmalıdır. Bunu da qeyd etmək lazımdır ki, öz səhvlərini qəbul etmək cəsarət tələb etməklə yanaşı, daxili inamı, gücü artırır.

3. Vədlərə sadiq qalmaq. Biznes meneceri kimi sizin dediyiniz hər bir söz vacibdir. Həmişə verdiyiniz vədi və öz öhdəliyinizi yerinə yetirin. Etik idarəetmədə sizə olan inam o deməkdir ki, insanlar sizlə birlikdə iş görməkdən razıdırlar.

4. Loyallıq. Özünüzə, şirkətinizə və kolleqalarınıza loyal yanaşın. Əgər siz loyallıq nümayiş etdirsəniz, bu sizə olan inamı artırar və həmçinin, bu, sizin şirkətinizin və kolleqalarınızın maraqlarına yüksək dəyər verməyinizi göstərir. Siz loyallığı digər prinsiplərdən aşağı səviyyədə tutmamalısınız.

5. Ədalət. Siz bütün işlərinizdə ədalətli olmağa çalışmalısınız. Etik idarəetmə sizi ədalətli olmağa çağırır və əksinə, haqsız üstünlüyə nail olmaqdan və ya rəqabət zamanı nalayiq üsullarla qalib gəlməkdən çəkindirir.

6. Qayğı. Bu, başqaları üçün həqiqi narahatlıq keçirtmək və mərhəmət hissi kimi özünü göstərir. Etik qaydalara əməl edən hər bir biznes menecer öz müştərilərinə və işçi heyətinə mehriban, qayğıkeş və xeyirxahdır. Həmçinin, öz məqsədlərinə çatmaq üçün az zərərlə yüksək keyfiyyətə nail olmağa çalışır.

7. Hörmət. Etik olmaq o deməkdir ki, hər kəsə hörmətlə yanaşırsınız və kim olmasından asılı olmayaraq, bütün insanlara nəzakətlə davranırsınız. Hörmət edilməsinin səbəbi odur ki, hər kəsin ləyaqəti, şəxsiyyəti və öz hüquqları vardır və həmçinin insanlar da bir qaydanı bilməlidirlər ki, siz də eyni hörmətin sizə qarşı edilməsini gözləyirsiniz.

8. Qanuna riayət etmək. Etik idarəetmə həmişə qanunlara uyğundur və biznes fəaliyyətinin qaydalarını və qanunlarını heç vaxt pozmur.

9. Mükəmməllik. Biznesdə etik olmaq həmçinin hər bir fəaliyyətdə mükəmməl olmağı şərtləndirir. Biznesdə xidmət və məhsulların yüksək keyfiyyət həddinə çatdırılması mühüm faktorlardan biridir.

10. Lider olmaq. Siz öz komandanıza etika və prinsiplərinizi nümayiş etdirməlisiniz və bir lider kimi müsbət rol oynamalısınız. Liderlik etməkdə ən yaxşı yol etik normalara əməl edilməsini tələb etməkdir.

11. Yüksək əhval-ruhiyyə. Etik biznes menecerlər həm şirkətin nüfuzunu, həmçinin də öz işçilərinin əhval-ruhiyyəsini qaldırır. Şirkətin nüfuzu işçilərinin əhvalı qədər vacibdir. Etik biznes menecer kimi siz qarşılıqlı hörməti sarsıdacaq hərəkətlərdən yayınmalısınız.

12. Məsuliyyətli. Etik davranış özünə qarşı məsul olmağı tələb edir. Yalnız özünə qarşı deyil, etik biznes menecer kolleqaları, şirkət və cəmiyyət qarşısında məsulliyət daşıyır.

Bu standartlardan çıxış edərək siz yalnız özünüzü və biznesinizi qorumayacaq, həmçinin işçi heyəti, müştərilər və digər maraqlı tərəflərin etibarını qazanmış olacaqsınız.

Bu şirkətinizin layiq olduğu uğuru qazanması üçün əsas təməldir!

MƏNBƏ: BANCO.AZ

Rating: 5 out of 5.

Məşhur İsveç brendi olan İKEA-nın qurucusu necə milyarder oldu?

İngvar Kamprad kimdir?

İngvar Kamprad məhşur biznesmen və İKEA pərakəndə mebel şəbəkəsinin təsisçisidir.
İngvar Kamprad 1926-cı ildə İsveçin cənubunda dünyaya göz açıb. Uşaqlıq illərini Agunnardy qəsəbəsi yaxınlığında yerləşən Elmtardy adlı fermada keçirib. Uşaq yaşlarından etibarən velosipedi ilə yaxınlıqdakı qonşularına kibrit satırdı. O, bu kibritləri Stokholmdan ucuz qiymətə topdan alır və qonşularına tək-tək satırdı. Ucuz qiymətə satmasına baxmayaraq yaxşı gəlir əldə edə bilirdi və kibritdən sonra balıq, şam ağacı üçün bəzəklər, yem və qələmlər də satmışdı.

İKEA-nın yaradılması

1943-cü ildə atasının ona verdiyi hədiyyə ilə İKEA-nı qurdu və bu adla yeni satışlarına başladı. Onun yaşadığı qəsəbə və fermanın baş hərfləri bu brendi ortaya çıxarmışdı. Bu brendlə İngvar qələm, portmanat, rəsm çərçivələri, saatlar, corablar satır, qiymətləri isə stabil saxlayırdı.
İki il sonra mebel satışına da başlayan Kamprad, müsbət yöndə rəylər almaqla istiqamətini genişlətməli oldu və beləliklə 1950-ci illərin əvvəllərində tam olaraq ev mebeli sahəsinə istiqamətləndi. Bu dövrdə İKEA üçün ən böyük dönüş nöqtəsi Showroom-un açılması oldu. Beləliklə alıcılar mebelləri sifariş etmədən öncə onları real olaraq görmək şansı əldə etdilər. Elə bu dövrlərdə İKEA rəqibləri ilə girdiyi qiymət mübarizəsində, çoxfunksiyalı, keyfiyyətli və eyni zamanda sərfəli qiymət siyasəti ilə ön plana çıxmış oldu.

Öz məhsullarını yaratması

Bu şəraitdə İKEA-ya rəqib şirkətlər və təchizatçılar tərəfindən böyük təziqlər oldu və artıq 1955 – ci ildən etibarən İKEA öz mebellərini dizayn və istehsal etməyə başladı.
İngvar Kamprad, 2006-cı ildə Forbres Jurnalının “milyarderlər siyahısı“nda 28 milyard dollarlıq sərvəti ilə 4-cü sırada yer almışdı. Oxumaqda çətinlik çəkən Kamprad, 1976-cı ildən etibarən İsveçrədə, Epalingesdə yaşamağa başladı. Yerli kanalların birinə verdiyi müsahibəsində İngvar hələdə 1993-cü il isetahsalı olan Volvo-sını sürdüyünü, uçuşlarında ancaq ekonom sinif istifadə ediyini və İKEA-daki işçilərinə həmişə kağızın hər iki tərəfini istifadə etməyi tapşırırdığını qeyd edir.

Şəxsi həyatı

1994-cü ildə aktiv faşistlərdən olan Per Engdahl-ın şəxsi yazışmalarının mediyada yayımlanması ilə Kamprad-ın 1942-ci ildə Engdahl-ın nasist qrupuna qoşulduğu və ən az 1945-ci ilə qədər müxtəlif miqdarlarda maddi yardımlar etmiş olduğu aşkarlandı. Bu qrupdan nə zaman çıxdığı məlum olmasada Engdahl ilə olan dostluğunun 1950-ci ilə qədər davam etdiyi məlumdur. Daha sonralar bu dövrü, həyatının ən böyük səhvi və peşmançılığı olaraq qiymətləndirən Kamprad, bütün yəhudi əsilli İKEA işçilərindən məktub vasitəsi ilə üzr istəmişdir.
İngvar Kamprad haqqında içki aludəçisi olduğunu söyləyirlər. Özü isə vəziyyətin artıq nəzarəti altında olduğunu bəyan etmişdir. Kamprad evlidir və 4 övlad sahibidir.

Bu kimi faydalı bloq yazılarının davamlı olmasını istəyirsinizsə, sizdən 1 dəqiqə vaxtınızı ayırıb aşağıda 2 sadə addımı etməyinizi xahiş edirik.

  1. Oxuduğunuz yazını aşağıda “Facebook və ya LinkedIn” butonuna tıklayaraq öz xəbər lentinizdə paylaşmaq. (Oxuduğunuz bloqla dostlarınıza faydalı olmaq üçün)
  2. Aşağı sağ tərəfdə “İZLƏ” bölməsinə emailinizi qeyd edərək bloqa abunə olmaq (Dərc olunan yeni bloq yazılarımızdan xəbərdar olmaq üçün)

Bloqumuza göstərdiyiniz diqqətə görə sizə dərin təşəkkürümüzü bildiririk.

XƏYAL ABDULLAYEV

Rating: 1 out of 5.

WordPress.com Bloqu.

Yuxarı ↑