İlk addım fəlsəfəsi nə deməkdir?

XƏYAL ABDULLAYEV

pexels-alan-fikz-3679526

İlk addım fəlsəfəsi nədir? İlk addım fəlsəfəsi ömrü boyu qorxaraq və çəkinərək etmədiyiniz işləri etməkdə, həm bu işdə ilk addımı atmaqda, həm də uğur qazanmaqda bizə kömək edə bilən bir uğur fəlsəfəsi, bir açardır. Yaxşısı gəlin sizə bunu necə praktikaya çevirəcəyinizi izah edim.

Deməli necə edirsiniz?  Etməyə ən çox qorduğunuz və çəkindiyiniz istəniləb bir şeyi götürün. (ölüm riskini çıxmaq şərti ilə) Lap ola bilər ki, etməyə çox qorduğunuz bu işi ömründə heç vaxt etməmisiniz, bu ilkdir və dəhşətli dərəcədə bu işdə ilk addımı atmağa çəkinirsiniz. Dostlar, buna görə əsla narahat olmağa dəyməz dostlar. Əslində, bu hər kəsin həyatında olur. Dünyada elə bir insan çətin tapılar ki, həyatında bu hissləri keçirməsin. Ona görədə bu qorxu və komplekslərin sizdə olmasına görə özünüzü özəl olaraq bədbəxt və şanssız bir insan kimi hiss etməyin. Buna həqiqətən də heç bir əsas yoxdur. (Məndə də çox olub belə hallar. Hər dəfə ömrü boyu etmədiyim bir işdə ilk addımı atarkən hansısa qüvvələr məni saxlamağa təhrik edib. Amma mən hər dəfə çalışıb bütün bunların hamısını bu yolla – yəni qorxduğum şeyin üzərinə getməklə aradan götürmüşəm)

Deməli ilk əvvəl edəcəyiniz işi müyyənləşdirirsiniz. Sonra beyninizdə ki, bütün informasiyaları – nə varsa hamısını silirsiniz. Hər şeyi unudursunuz. Bir sözlə beyninizi 5-cə dəqiqəlik format veririsiniz. Və özünüzdə azacıq olsa da cəsarət toplayıb ilk addımı atırsınız. Siz sadəcə və sadəcə heç nəyi düşünmədən və mühakimə etmədən kor-koranə olaraq ilk addımı atın və qalan hər şeyi öz axınına buraxın. Çünki çətini və ən əsası da önəmli olan həqiqətəndə ilk addımı atmaqdır. Qalanını beyniniz özü avtomatik edəcək. İnanmırsınızsa, bir dəfə də olsa bunu edin və baxın. Bunu şəxsən özüm də dəfələrlə praktikada keçirmişəm. Ona görə bu qaydanın, eləcə də fəlsəfənin işlək və effektiv olduğuna sizə inandırıram. 

XƏYAL ABDULLAYEV

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: