Nə dediyiniz önəmli deyil, necə dediyiniz önəmlidir.

XƏYAL ABDULLAYEV

pop-art-retro-comic-illustration-woman-whispering-gossip-or-secret-to-her-friend-speech-bubble_88813-218

Bugünki dövrdə bu həqiqətəndə çox keçərli və qızıl məsləhətdir. Yaxşısı budur bununla bağlı kiçik bir pritçanı burda tirajlayaraq onun üzərində göstərim bu məsələni. Bir dəfə padşah yatır, yuxuda görür ki,  bütün dişləri tökülüb və o yemək yeyə bilmir. Səhər yuxudan oyanır, əmr verir ki, münəccim yanına gəlsin. Münəccim padşahın yanına gəlir. Şah münəccimə axşam gördüyü yuxusunu danışır və deyir ki, bunu mənim üçün yoz. Ona deyir ki, söylə görüm  məni nə gözləyəcək? Münəccim yozur və deyir“Padşah sağ olsun, siz çox uzun bir ömür yaşayacaqsınız, lakin təəsüf ki,  bütün yaxınlarınız gözünüzün qarşısında bir-bir öləcək və siz tək qalacaqsınız”. Padşah bu cavabdan əsəbiləşir. Bunu zindana göndərir və növbəti münəccimi çağırır. Eynilə yuxusunu ona da danışır və ondan bu yuxunun yozumunu istəyir. Münəccim yuxunu yozur və deyir “Padşah sağ olsun, siz çox uzun bir ömür yaşayacaqsınız və nə gözəl ki, məmləkəti uzun illər siz idarə edəcəksiniz”. Padşah bu cavabı bəyənir və əmr verdirir ki, gətirin xəzinənin yarısını verin bu adama. Çıxanda əyanlar münəccimdən soruşurlar ki, “O da eyni fikri dedi, sən də eyni fikri dedin. Halbuki ona zindan nəsib oldu, sənə qızıl. Bu necə oldu axı? Münəccim də cavabında deyir “Nə dediyin önəmli, necə dediyin önəmlidir” Siz cavablara baxın bir. Əslində əyanlar demişkən münəccimlərin hər ikisi də eyni fikri demişdilər. Ancaq birinci fikri çox kəskin və kobud şəkildə, ikinci isə daha çox mülayim və müsbət tərəfdən söyləmişdi. Ona görə də birinci münəccimə zindan, ikinci münəccimə isə qızıl-xəzinə qismət oldu.

Dostlar, sizin hər birinizə məsləhətim. Bu işin sirrini öyrənin. İnanın ki,  bunu öyrənəndən sonra bu sizə çox kömək olacaq və bu yolla çoxlu uğurlar qazanmış olacaqsınız. Nə dediyinizə deyil, necə dediyinizə fikir verin.

XƏYAL ABDULLAYEV

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: