
22.10.2016 -cı il tarixində Biznes və fərdi inkişaf üzrə təlimçi Xəyal Abdullayev – in təqdimatında təlimçi olmaq istəyənlər üçün təşkil olunan “Təlimçilik Akademiyası 1” adlı silsilə təlim proqramı Leveland Təlim və Karyera Mərkəzində start götürdü. Proqramın 1-ci təlimi olan “Təlimçilik işinə giriş və onun əsasları” modulu çox uğurlu şəkildə baş tutdu. Təlim boyu maraqlı diskussiyalar aparıldı. İştirakçılar çox maraqlı və motivasiyası yüksək olan insanlardı. Hər birisinin professional təlimçi olacağına inanırıq və bunun üçün əlimizdən gələni edəcəyik.
Proqramı bitirib məzun olduqdan sonra təlimçi olacaq iştirakçı dostların hər birinə dərin təşəkkürümüzü bildirir və karyeranızda sonsuz uğurlar arzulayırıq. Vətənə və millətə xeyirli olsun.
#Bizi izləməyə davam edin.
Bir cavab yazın