17.12.2016 -cı il tarixində Biznes və fərdi inkişaf üzrə təlimçi Xəyal Abdullayev – in təqdimatında təlimçi olmaq istəyənlər üçün təşkil olunan “Təlimçilik Akademiyası 3” adlı üçüncü silsilə təlim proqramı Leveland Təlim və Karyera Mərkəzində start götürdü. Proqramın 1-ci təlimi olan “Təlimçilik işinə giriş və onun əsasları” modulu çox uğurlu şəkildə baş tutdu. Açılışda bir sıra qonaqlar da iştirak etdi. Proqramı bitirib məzun olduqdan sonra təlimçi olacaq iştirakçı dostların hər birinə dərin təşəkkürümüzü bildirir və karyeranızda sonsuz uğurlar arzulayırıq. Vətənə və millətə xeyirli olsun.
Diqqətinizə görə hər birinizə təşəkkürümüzü bildirir və sonsuz uğurlar arzulayırıq.
Bizi izləməyə davam edin.
Bir cavab yazın