Xəyal Abdullayev – İLK 7 saniyə qanunu

First.png

İnsan tanıma sənətiylə maraqlanan insanlar  İLK 7 saniyə qanunun nə olduğunu çox gözəl bilərlər. Amma bilməyənləri də nəzərə alıb bu barədə bir azca sizinlə söhbət etmək istəyirdim.
Nədir ilk 7 saniyə qanunu?
Hər birimizin həyatında olur ki bir insanla qarşılaşırıq və onu heç zaman heç bir yerdə görməmişik deyə tanımırıq. Və həmin insanı görərkən ilk 7 saniyə ərzində bizim beynimiz artıq Google-da search verirmiş kimi başlayır firlanmağa – həmin insanı axtarmağa başlayırıq, axtarırıq və sonda tapırıq.
 “Hə tapdım Aslan. Bu bizim Aslandır ki”.  Heç onunla söhbət etməyə belə başlamamışıq, Aslan necədirsə bizim üçün o da elədir.
Məsələ burasındadır ki, bir az dərindən müşahidə etsəniz görərsiniz ki, ilk 7 saniyə ərzində insan insana baxanda insan kimi deyil, heyvan kimi baxır. “Mən onu yeyəcəm, yoxsa o məni yeyəcək” – bu şəkildə. Buna ən çox satış (biznes) danışıqlarında olarkən rast gəlmişəm.
Bəs ilk 7 saniyə qanunu niyə önəmlidir? Çünki insanlar bizimlə ilk tanışlıqda bizim haqqımızda qərarı məhz bu ilk 7 saniyədə verir. Bu işə qəbul üçün intervyüda, hardasa auditoriya qarşısına çıxıb çıxış edərkən, özümüzü hansısa toplantıda və ya iclasda təqdim edərkən – bir sözlə olduğumuz hər yerdə içdiyimiz su qədər çox önəmlidir. Burda bizim özümüzü təqdim etmə tərzimiz, çıxış edərkən göstərdiyimiz özgüvənimiz və əminlik, səs tonumuz, geyim tərzimiz, səliqəliliyimiz, energetikamız, keçirdiyimiz hisslərimiz və  bədən dilimiz (Jestlər, mimika, əl-qol hərəkətləri və s.) həmin insana bizim haqqımızda hansı qərarı verəcəyinə birbaşa təsir edir. Ona görə yuxarıda sadaladığım amillərə diqqət etməyimizdə böyük fayda var.
İlk 7 saniyə ərzində beynimizdə qərar və mühakimə meydana gəlir. Qarşımızdakı insan haqqında bir fikrə gəlirik, pis və ya yaxşı. İlk 7 saniyə ərzində bu insan haqqında ya yaxşı, ya da pis bir fikrə gəlirik. Əgər bu yaxşı adamdır qərarına gəlmişikə ondan sonra 4 saat da onunla söhbət eləsək ondan ancaq yaxşları axtarmaqla məşğul olacağıq. Beynimiz onda ancaq yaxşıları axtaracaq. Yox əgər pisləri – neqativləri görmüşüksə beynimiz eyni qayda da ancaq onda mənfiləri axtaracaq, mütləq də bir şeylər tapıb ortaya çıxaracaq. Çünki hər zaman insan özünü haqlı çıxarmağa çalışır, çünki seçimləri var, onları təsdiqləməlidir, çünki qürur hissi, eqo var. Bu da bir ehtiyac və qanunuyğunluqdur.
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: