Həyatımızı xoşbəxt edə biləcək 70 ideya və ya xoşbəxt ola bilməməyimizin 70 sadə səbəbi

XƏYAL ABDULLAYEV

pexels-andrea-piacquadio-941693

Salam əziz dostlar. Ola bilər ki bu yazını qısa formatda əvvəllər oxumusunuz. Amma qərara aldım ki bunu daha da genişləndirim və faydası daha təsiredici və yadda qalan olsun. Və çox istərdim ki hazırda oxuduğunuz bu bloq yazısını hər bir insan oxuyub faydalanmış olsun və həyatının sonunda kaş ki deyərək peşman olmasın. Sirr deyil ki, bu gün dünyada insanların əksəriyyəti monoton və oturuşmuş həyat tərzi sürür və bu həyat tərzi də onları həyata qarşı pessimist və aciz duruma salır. Bu bloq yazını da əsasən bu cür monoton həyat tərzinin dağıdılıb daha da rəngarəng edilməsi və həyatımızı daha da xoşbəxt etməyin əslində öz əlimizdə olduğu mesajını vermək üçün yazmışam.

Məqsəd isə insanlara bacara bildiyim qədər həyat eşqi vermək, azca da olsa onların həyatlarına rəng qatmağa çalışmaq və onların həyata daha pozitiv tərəfdən baxmaqlarına nail olmaqdır. Çünki hər birimizin xoşbəxt olmağa haqqı var və hətta deyərdim ki bütün bu problemlər (maddi, psixoloji-mənəvi, fiziki və s) içində özümüzü 5-cə dəqiqədə olsun xoşbəxt hiss etmək bizə su içmək qədər vacibdir.

Aşağıda yazılanlar heç bir diskriminasiya olmadan həm xanımlar, həm də bəylər üçün nəzərdə tutulmuşdur (digər cinslər də indi baxsınlarda özləri ) və onu da qeyd edim ki ola bilər ki bu halların bəziləri sizlər üçün absurd gələ bilər, bəziləriniz ola bilər ki düşünə bilərsiniz ki “Yox, belə yazı yaxşıdır intəhası təəssüf ki bura Azərbaycandır, burda bunları eləmək çətindir filan” və s. Ona görə hər birinizdən əvvəlcədən kiçik bir xahişim olacaq ki, ən azından öz xoşbəxtliyiniz üçün bu steorotipləri bir kənara qoyun və maksimum dərəcə bloqdan və hər bir cümlədən faydalanmağa çalışın.

Hər halda az sonra oxuyacağınız və aşağıda yazılanları  ən azından bir dəfə də olsun sınamaq və ya cəhd etməyə çalışmaq ömrümüzün son illərində peşman olmaqdan daha yaxşıdır. Hər şeydə bir məna və səbəb axtarmayaq, sonra həyatımız çox cansıxıcı ola bilər. Çox-çox sevdiyim bir deyim var deyilir ki “Əgər bir insanı və yaxud bir şeyi nə üçün sevdiyini bilmirsənsə demək onu həqiqətən də sevirsən”. Sevgi duyğu məsələsidir və sevgidə məntiq axtarmaq ən azından məntiqə qarşı bir sayqısızlıq olardı. (Ümid edirəm rasionalist insanlar məni düzgün başa düşüb bu fikirlərimə görə günahımdan keçərlər)))) Düşünürəm və eləcə də tövsiyyə edərdim ki həyata da bu aspektdən yanaşmaq lazımdır, yəni onu səbəb axtarmadan sevmək lazımdır. O zaman daha çox xoşbəxt olarıq.

(Qeyd: Rasionalizm – XVII -əsrdə fransız filosofu Rene Dekart tərəfindən əsası qoyulan fəlsəfi cərəyan və ya nəzəriyyə. Bu cərəyan ağılı və məntiqi əsas götürür və duyğulara qarşı qoyurdu.)

Bir gün yuxudan oyanacaqsan ki, 75 yaşına gəlib çatmısan. Rəhmətlik Yaşar Nurinin “Ac həriflər?” komediyasında dediyi kimi – “Həə nə olsun???”

Amma sonra düşünüb çox peşman olacaqsan çünki indiyənədək…

  • Komfort zonana sığınıb sevdiyin işlə məşğul olmağa cəsarət etmədiyini,
  • Həyatın sevgisini qüruruna qurban verdiyini,
  • Yağış altında heç vaxt tanqo oynamadığını anlayacaqsan.
  • Başqalarının xoşuna gəlmək üçün heç vaxt özün olmadığını,          
  • Mənasız və yersiz ciddiyyətin üzündən toyda diskotekada bir dəfə də olsun dəlicəsinə qol qanad açıb oynamadığını,  
  • Binanın başına çıxıb səsin gəldiyi qədər və var gücünlə qışqırmadığını,    
  • Telefonda musiqinin səsini yüksəldib evdə dəlicəsinə rəqs etmədiyin anları,    
  • Bu günə qədər əlini dizlərinə çırpacaq və yerdə yıxılacaq qədər doyunca gülmədiyini,   
  • Dostlarını və münasibətlərini öz aşırı eqona qurban verdiyini,  
  • Heç nə üzündən qəlblərinə toxunduğun dostlarını və rəfiqələrini,  
  • Şəhərdə küçənin ortasında “Birdən insanların diqqəti çəkərəm” deyib tullanıb şəkil çəkdirmədiyini,    
  • Gizli sevdiyin insanlara onları nə qədər sevdiyini etiraf etmədiyini,
  • Və sevdiyin insanları səbəbsiz yerə qəfildən gəlib qucaqlamadığını,
  • Səni vaxtilə üzən böyük problemlərin əslində nə qədər kiçik olduğunu,
  • Sevdiyin insanlara onları nə qədər çox sevdiyini yetərincə demədiyini başa düşəcəksən.
  • Paraşütün açılmayacağından qorxub hoppanmadığın dağ başını,
  • Soyuq olduğu üçün çimmədiyin dənizləri,    
  • Utandığın üçün içinə girmədiyin çayları,                                                                    
  • Ömrün boyu bu qədər qış fəslini keçirməyinə baxmayaraq bir dəfə olsun küçəyə çıxıb məhlə uşaqları ilə doyunca qar topu oynamadığını,
  • İsti olduğu üçün saatlarla çıxmadığın yatağı,
  • Televizor qarşısında və sosial şəbəkələrdə boş yerə keçirdiyin saatları,
  • Yetərincə qucaqlamadığın dostları,    
  • Həyəcanın üzərinə gedib daha da adrenalin yaşamadığını,      
  • Komplekslər və utancaqlıq üzündən ictimaiyyət arasında bildirmədiyin və içində saxlayıb öldürdüyün fikirlərini,      
  •  Qonşunun bağındakı ağaclardan meyvə dərmək (Oğurlamaq) üçün yerdən məftil – sim axtarmadığını,                
  •  Toyda mikrofonu əlinə alıb hamının diqqətini çəkəcək yumoristik və məzəli bir sağlıq deməyə cəsarət etmədiyini,          
  • Əlinə imkan düşdüyü halda qorxudan bir dəfə olsun yolda bəyəndiyin və simpatiya duyduğun xanıma (xanımsınızsa bəyə) yaxınlaşmadığını və ona kompliment demədiyini,      
  • Ömrün boyu əlinə bu qədər pul düşmüşkən heç vaxt bir dəfə də olsun kiçik hədiyyə alıb dostlarına sürprizlər etmədiyini,    
  • Valideynlərin sağ ikən onları doyunca öpüb bağrına basmadığını (Bu daha da sağalmaz acıdır)        
  • Kimsəsizlərə 20 qəpik də olsa sədəqə verib onlara yardım əlini uzatmadığını,       
  • Məşğul olmaq istədiyin amma heç vaxt olmadığın idman növlərini,  
  • Bu qədər vaxtın olduğu halda öyrənməyə vaxt tapmadığın pianinonu,
  • Yalandan da olsa özünü Salvador Dali hiss edib Çəkmədiyin rəsmləri (Halbuki çəksən bəlkə də çox gözəl bir sənət əsəri yarada bilərdin)  
  • Yaza biləcək vaxtın olduğu halda özünü Dostoyevski zənn edib yazmadığın kitabları,              
  • İnsanların səni demotivasiya edəcək və ruhdan salacaq fikirlərini çox ciddiyə aldığını,                                                                                      
  •  Oxumaq üçün aldığın və oxuya biləcək vaxtın olduğu halda “vaxtım yoxdur deyib” bəhanə edərək oxumadığın kitabları,            
  • Bərbərə gedib gözləyərkən  utandığından vərəqləmədiyin  jurnalları,              
  • Həmişə dadını bilmək istədiyin və dadmağa cəsarət edə bilmədiyin şərabı,
  • Dostlarının sənə baxmağın üçün göndərdikləri və 2 saat vaxt edib baxa bilmədiyin filmləri,                                    
  • Düşüncələrini həmişə çox ciddiyə aldığın qonşuları,    
  • Həddindən artıq dəyər verdiyin bəzi insanların əslində bu dəyərə layiq olmadığını,    
  • Sənə qarşı verilən dəyərə və edilən yaxşılıqlara necə nankor olduğunu,
  • Tənbəllik edib getmədiyin yığıncaqları-tədbirləri xatırlayacaqsan.        
  • Hər dəfə yanından keçərkən sığallamadığın ev heyvanlarını,  
  • Hər səhər işə və ya dərsə gedərkən hər kəsin üzü qəmgin olarkən həyasızca gülmədiyini,                                                                    
  • Xoşbəxtlik sənin qəlbinin daxilində olduğu halda onu başqa-başqa yerlərdə və başqalarında axtarmağınla nə qədər yanlış etdiyini anlayacaqsan.   
  • Tumarlamadığın pişikləri,
  • Üzmədiyin okeanları,      
  • Dənizdə çimərkən vurmadığın saltoları   (Salto – əksinə arxa – arxaya 180 dərəcədə tullanmaq  deməkdir)                    
  • Bir dəfə də olsun dəniz qırağında gedib təkbaşına özün özünlə tək qalmadığını,  
  • Ömrün boyunca bir dəfə olsun heç kimin olmadığı vaxtlarda məscidə gedib  Allahla 1 saat ünsiyyətə girmədiyini,                
  • Bir dəfə də olsun bazar günü dostlarınla yığışıb balıq tutmağa getmədiyini və   onlar üçün yarıçiy kabab çəkmədiyini (əsl həyat əslində budur)
  •  İmkan dairəsində sabah edərəm deyə Səyahət etmədiyin ölkələri, gəzmədiyin    kəndləri
  • Sonra yazaram deyə Yazmağa sınamadığın şeirləri, essseləri, hekayələri,
  • Tanış olmadığın insanları,                                                                                                    
  • 5 dəqiqə vaxt edib oxumadığınız bloq yazılarını,    
  • Facebookda sənə dostluq göndərən və səninlə dost olmağa çalışan amma ki ciddiyə almadığın bir insanın əslində  nə qədər yaxşı və xeyirxah biri olduğunu,
  • Mesajlarını oxuyub cavab vermədiyin və zənglərini qəbul eləmədiyin insanın sənə əslində nə qədər ehtiyacı olduğunu,  
  • Dostlarına eləmədiyin zarafatları,   
  • Doyunca öpmədiyin uşaqları,
  • Dadına baxmadığın və ya bir dəfə də olsun cəhd edib bişirmədiyin yeməkləri,
  • Yazmadığın ad günü kartlarını,
  • Nə cür keçdiyini hiss etmədiyin günləri,
  • Öyrənmədiyin rəqsləri düşünəcəksən,
  • Əlindən gəldiyi halda öz işini qurmadığını,  
  • Bu qədər şey bildiyin halda onları bir dəfə də olsun öyrənmək istəyənlərlə paylaşmadığını,
  • İnsanlara bəslədiyin kin, nifrət və həsədin bugünə qədər əslində onlara deyil sənə ziyan vurduğunu,      
  • İnsanlara qarşı ön yarqılı və laqeyd yanaşdığın üçün nə qədər mənəviyyatdan kasıb biri olduğunu anlayacaqsan.      
  • Bu 75 illik ömründə bu günə qədər heç bir həyat idealı və amalı olmadan yaşadığını anlayacaqsan və əslində heç yaşamadığını anlayacaqsan.
  • Və əsası da xoşbəxt olmağın üçün həyat bu qədər sadə ikən həyatı çox ciddiyə aldığını anlayacaqsan və bütün bunlar səni sözlərə sığmaz dərəcədə olduqca çox peşman edəcək.  Və düşündükcə bu düşüncələr sənin ürəyini daha da parçalayacaq və məhv edəcək.

Ona görə də gəlin həyatımızı anlamlı və mənalı yaşayaq. 5 dəqiqə də olsun kiçik şeylərlə həyatımıza rəng qatıb xoşbəxt olmağı özümüzə çox görməyək. Odur ki gəlin həyatı birlikdə sevək və bütün bunların – sonrakı peşmançılıqların baş verməsinə əsla imkan verməyək! Hər birinizi yetərincə həyatın dadını çıxmağa çağırıram.

Mənim bu yazı ilə sizə az da olsa verdiyim faydanı siz də sevdiklərinizə və yaxud digər insanlara fayda vermək istəyirsinizsə bu bloq yazısını oxuduqdan sonra facebookda paylaşmağı unutmayın.

Hər dəfə yazdığım bu kimi yeni bloq yazılarımdan xəbərdar olmaq istəyirsinizsə sağ tərəfdə aşağıda izlə bölməsinə öz emailinizi yazıb göndərməyiniz  yetərlidir. Əks halda yeni dərc olunan yazılar emailinizə gəlməyəcək.

Bloqu oxudunuzsa zəhmət olmasa aşağıda “Bir cavab yazın” adlı komment hissəsində öz fikirlərinizi, rəylərinizi, razılaşdığınız və ya varsa razılaşmadığınız məqamları və eyni zamanda həyata rəng qatmaq üçün öz şəxsi ideyalarınızı bizimlə bölüşməyi unutmayın.

Oxuduğunuza görə hər birinizə sevgi dolu dərin təşəkkürümü bildirirəm.

 

Dərin sevgilərlə: XƏYAL ABDULLAYEV

4 thoughts on “Həyatımızı xoşbəxt edə biləcək 70 ideya və ya xoşbəxt ola bilməməyimizin 70 sadə səbəbi

Add yours

  1. Teshekkurler Xeyal muellim 🙂 Yazdiqlarinizdan etdiklerim ve etmediklerim var etdiklerim uchun peshman deyilem.Etmediklerimi ise heyata kecirecem 😉 Xoshbextliyi gozlemek lazim deyil mence bunu ozumuz etmeliyik,Chox sag olun .

    Bəyən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: