Bu gün 15.04.2016 tarixində Xəzər Universitetinin əsas korpusunda biznes üzrə trener Xəyal Abdullayev-in təqdimatında “Biznes quruculuğu” adlı seminarı baş tutdu.
Auditoriyada əsasən Xəzər Universitetinin tələbələri iştirak edirdi, bu seminara gələnlər universtitetin biznes qurmağa həvəsi və istəyi olan tələbələri idi. 3 saat davam edən bu seminarda biznes ideya və onun müəyyən olunması, SWOT Analiz, Biznesdə satış və marketinq strategiyası, biznesdə marketinqin rolu, müasir marketinqdə 4P-nin 4C ilə əvəz olunması və s. bu məsələlər ətrafında maraqlı fikir mübadiləsi və diskussiyalar oldu.
“Biznes quruculuğu” seminarı – Xəzər universitetindəki seminardan – 15.04.2016

Bir cavab yazın