Kiçik biznes qurmaq üçün 10 məsləhət

 

StockSnap_U6IOK6787I

Salam bloqumuzun əziz daimi oxucuları. Bu gün sizlərlə kiçik biznes qurmaq üçün etməli olduğumuz faəliyyət və strategiyalardan danışacağıq. Elə isə vaxtı uzatmadan başlayaq. İlk öncə onu vurğulayaq ki məqsədli şəkildə bir işə başlamaq sizin həyatınızı dəyişəcək bir qərara çevrilə bilər. Ona görə məqsədlərimizi əvvəlcədən təyin edib müəyyənləşdirməli və ona görə hədəflər qurmalıyıq. Burda eyni zamanda burda düşünməli olduğunuz bəzi məqamlar da var.

Beləliklə, sizi uğurlu işə aparacaq 10 addım:

  1. Biznes ideya mərhələsi.

Unutmayın bütün işlər kiçik ideyaların böyüməsi nəticəsində həyata keçir. Yaxşı belə bir deyim var “Bütün böyük yollar kiçik addımlarla başlanır”. Sizin illərlə arzuladığınız bir işi həyata keçirmək üçün xəyallarınız ola bilər. Tövsiyə edirəm ki xəyallarınızın arxasınca gedəsiniz. Mənbəyindən asılı olmayaraq, quracağınız iş biznes ideyası ilə yaranır. Hər şeydən əvvəl olaraq siz biznes ideyanızı müəyyən etməlisiniz.

 

  1. Araşdırma aparın.

İkinci addım araşdırma mərhələsidir. Böyük və yaxud kiçik ideyalarınızı müəyyənləşdirin və onları reallaşdırmağa çalışın. Siz, həqiqətən də, biznesə qoşulmağa hazırsınızmı? Özünüzü hazır hiss etdiyinizi təsdiqləmək üçün kiçik bir test etməkdən çəkinməyin. Məhsul və xidmətiniz üzrə sorğu anketləri hazırlayıb sosial şəbəkələrdə insanlardan bu sorğuda iştirak etmələrini rica edin. İnsanların sizin yaratdığınız məhsul və xidmətə nə qədər ehtiyacı var? Əsas məqsəd bu sualara cavab tapmaq və insanların məhsulunuza qarşı reaksiyasını öyrənməkdir. (Yaxşı olar ki birinci – evinizin içindən – ailənizdən və ən yaxın dostlarınızdan başlayasınız) Quracağınız işi öncədən araşdırmaq, onun haqqında məlumat toplamaq, növbəti uğurlarınızın təminatına çevriləcəkdir.

 

  1. Plan qurun.

Sizin biznes ideyanızı reallaşdırmaq üçün real bir biznes plana ehtiyacınız var. Əgər bir investor və ya maliyyə dəstəyi axtarırsınızsa, yazılı və rəsmi iş planı məcburidir. Tək biznesdə deyil hər bir görmək istədiyimiz işi planlaşdırmağımız və əyani plan hazırlamaq szi irəli atacaq. Ümumilikdə, sizin biznes planınız sizin hədəflərinizi və onların arxasındakı motivasiyanızı, marketinq və maliyyə baxımından məqsədlərinizə çatmağınızın yollarını özündə əks etdirməlidir.

 

  1. Maliyyənizi planlaşdırın.

Kiçik bir biznesə başlamaq üçün elə də çox pul tələb edilmir. Lakin bəzi ilkin investisiyalar tələb edilə bilər. Ona görədə sizə nələr üçün və nə qədər miqdarda pul lazımdırsa bunları hesablayıb real maliyyə planı yazın. Bunun üçünsə kiçik biznes kreditləri, kiçik biznes qrantlarından və eyni zamanda biznes start – up layihələrindən istifadə edə bilərsiniz. Siz həmçinin pul kapitalınızın çox az hissəsini istifadə edərək biznesinizi qura bilərsiniz.

 

  1. Biznes strukturunuzu seçin.

Yaratmaq istədiyiniz biznesinizin strukturunu müəyyənm edin. Sizin kiçik biznes sahibkarlıq, tərəfdaşlıq, məhdud məsuliyyətli şirkət və ya korporasiya ola bilər. Seçəcəyiniz biznes strukturu sizin biznes adınızdan başlayaraq vergiləri necə ödəyəcəyinizə qədər bütün prosedurlara təsir edəcəkdir. Başlayan kimi MMC və s bu kimi təşkilati – hüquqi formalara qaçmayın. Sonra əlinizdə olan kiçik kapital da yoxa çıxa bilər.
Ona görə də tövsiyə olunur ki başlanğıc üçün sadə biznes strukturu seçin (Fiziki şəxs – Sadə VÖEN ödəyicisi olmaqla) və işləriniz böyüdükcə bu strukturda bəzi dəyişikliklər edə bilərsiniz.

 

  1. Biznes adınızı qeydiyyatdan keçirin.

Sizin biznes adınız quracağınız işdə çox böyük rol oynayır. Bütün variantlarınızı qarşınıza qoyun, keywordslardan istifadə edin və iş adı seçmək üçün öz potensialınıza uyğun elə bir ad seçin ki, o ad eyni zamanda sizi də xarakterizə etmiş olsun. Bunun üçün bəzi xarici saytların köməyindən faydalana bilərsiniz.

Biznes adı seçməzdən öncə domen adı ilə qeydiyyatdan keçməyi unutmayın.

 

  1. Lisenziyalar və icazələr alın.

Biznes quracaqsınızsa onun hüquqi tərəflərinə diqqət etməlisiniz. Yoxsa qanunvericilik tərəfindən məsuliyyətə cəlb edə bilərsiniz. Qeydiyyat, rəsmi sənədləşdirmə – icazə və lisenziya işləri biznes qurmağın ən vacib etaplarından biridir. Sizə start -up prosesi zamanı iş üçün müraciət və fəaliyyət göstərməniz üçün lisenziyalar və icazələr lazımdır. Lisenziyaları sahəniz üzrə fəaliyyət göstərən nazirliklər və s. bu kimi qurumlarından ala bilərsiniz. Lisenziyaların ən son təsdiq olunmuş tarifləri haqqında Google-da yazıb endirə bilərsiniz

 

  1. Biznes üçün məkan seçin.

İş yerinizi qurmaq üçün ofisin olması vacib şərtlərdəndir. Bu eyni zamanda biznes fəaliyyəti üçün də önəmlidir. Ancaq bu mövzuda maksimalist davranmamağınız daha faydalı olardı. Qarajda qurulan Google, Microsoft kimi bu günün nəhəng bizneslərini unutmayın. Siz yer, avadanlıq və ümumi quraşdırmalar haqqında düşünməlisiniz. Ancaq tövsiyyə olunur ki kredit götürüb bahalı mebellər almaq yerinə, bu kapitalı biznesinizin və əməkdaşlarınızın inkişfına yatırasınız.

 

  1. Mühasibat sistemi seçin.

Kiçik biznes üçün ən vacib məsələlərdən biri mühasibat sistemidir. Mühasibat sistemini hazırlamaq, büdcənizi müəyyənləşdirmək, başqaları ilə iş əlaqələri yaratmaq və vergilərin ödənilməsi məsələsində vacib amillərdəndir. Bu işi ya özünüz edə bilər, ya da quracağınız işə bir mühasib cəlb edə bilərsiniz. Eyni zamanda outsorsinq xidmətlərindən istifadə edə bilərsiniz.

 

  1. Təşviqat aparın.

Biznesinizi qurduqdan sonra müştərilərin cəlb edilməsi prosesinə başlanılır. Siz unikal satış təklifi və ya bir marketinq planı hazırlamalısınız.
Mümkün qədər çox marketinq planları araşdıraraq ən səmərəli təşviq yolunu seçə bilərsiniz. Şirkətiniz üçün marketinq strategiyaları və taktikaları-nı hazırlamağı unutmayın. (Bu mövzu  barədə növbbəti bloqumda danışacağam. İzləməyi unutmayın.)
Beləliklə, ilkin etap üçün atacağınız bu addımlar sizi xəyallarınızdakı uğurlu biznesə aparmaqda hər birinizə kömək edəcək.

Mənim bu yazı ilə sizə az da olsa verdiyim faydanı siz də sevdiklərinizə və yaxud digər insanlara fayda vermək istəyirsinizsə bu bloq yazısını oxuduqdan sonra facebookda paylaşmağı unutmayın.

Hər dəfə yazdığım bu kimi yeni bloq yazılarımdan xəbərdar olmaq istəyirsinizsə sağ tərəfdə aşağıda izlə bölməsinə öz emailinizi yazıb göndərməyiniz  yetərlidir. Əks halda yeni dərc olunan yazılar emailinizə gəlməyəcək.

Bloqu oxudunuzsa zəhmət olmasa aşağıda “Bir cavab yazın” adlı komment hissəsində öz fikirlərinizi, rəylərinizi, razılaşdığınız və ya varsa razılaşmadığınız məqamları və eyni zamanda öz şəxsi ideya və məsləhətlərinizi bizimlə bölüşməyi unutmayın.

Oxuduğunuza görə hər birinizə sevgi dolu dərin təşəkkürümü bildirirəm.

 

XƏYAL ABDULLAYEV

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: