Ən yaxşı biznes təhsili verən dünyanın 15 ən yaxşı Biznes Universiteti

Photo Services

Salam bloqumuzun əziz və dəyərli oxuyucuları. Bu dəfə sizlər üçün biznes təhsili üzrə ən yaxşı və keyfiyyətli təhsil verən 15 universitetini araşdırdım. Buyurun həmin bu 15 universitetin məlumatlarını görüntüləri ilə birlikdə sizlərə təqdim edirəm.

 

  1. Harvard Business School (Harvard University)
Yeri Massaçusets ştatı, Boston şəhəri, ABŞ
Devizi Həqiqət (Veritas)
Simvolu Tünd qırmızı rəng
Fəaliyyətə başladığı il 1908-ci il
Proqramları MBA, PhD, HBX (online) və idarəedici təhsil proqramları
ABŞ-ın ən qədim, dünyanın ən məşhur universitetlərindən biridir. U.S. News & World Report 2015 sıralamasında Harvard və Stanford Universitetlərini Biznes məktəbləri üzrə ilk yerlərdə sıralamışdır. Harvard Universitetinin adı  ingilis missioneri və xeyriyyəçisi Con Harvardın şərəfinə Harvard adlandırılıb.  Con Harvard ölümündən sonra mülkünün yarısını və kitabxanasının 400 kitabını Universitetə bağışlayıb.

Dünyaya ən çox Nobel mükafatı laureatı bəxş edən universitet Harvarddır.

stacked_1200px_130327

slika-_original-1359794017-846102

 

 

  1. Stanford Graduate School of Business (Leland Stanford Junior University)
Yeri Kaliforniya ştatı, Palo Alto şəhəri, Stanford bölgəsi, ABŞ
Devizi Azadlıq yeli əsir ( The wind of freedom blows)
Simvolu Parlaq qırmızı və ağ rənglər
Fəaliyyətə başladığı il 1925-ci il
Proqramları MBA, Master və PhD proqramları
ABŞ-ın və dünyanın ən prestijli universitetlərindən biridir. Stanford Universiteti Leland Stanford tərəfindən təsis edilmişdir. U.S. News & World Report 2015 sıralamasında Harvard və Stanford Universitetlərini Biznes məktəbləri üzrə ilk yerlərdə sıralamışdır.

59 Nobel laureatı Stanford Universiteti ilə bağlıdır.

GSB_H_SEAL_2C_0

GSB

 

 

  1. The Wharton School (University of Pennsylvania)
Yeri Pensilvaniya ştatı, Filadelfiya, ABŞ
Devizi Əxlaq olmadan qanunlar işə yaramaz ( Laws without morals are useless)
Simvolu Qırmızı və göy rənglər
Fəaliyyətə başladığı il 1881-ci il
Proqramları Bakalavr, MBA, PhD və bir sıra diplom proqramları
Pensilvaniya Universiteti Benjamin Franklin tərəfindən təsis edilmişdir. ABŞ-ın ən nüfuzlu ali məktəblərini birləşdirən Sarmaşıq Liqasına daxildir.

Universitetin Wharton Biznes məktəbi ABŞ-ın ilk biznes məktəbidir. Məktəb ən böyük qlobal tələbə şəbəkəsinə malikdir (təxminən 100.000 məzun). Məktəbin adı Josef Wharton adlı Filadelfiyalı biznes sahibinin adı ilə bağlıdır.

wharton

04campuswharton-school-space-planning-1

 

 

  1. Sloan School of Management (Massachusetts Institute of Technology)
Yeri Masaçusets ştatı, Kembridc, ABŞ
Devizi Ağıl və Əl (Mind and Hand)
Simvolu Qırmızı, boz və açıq boz rənglər
Fəaliyyətə başladığı il 1914-cü il
Proqramları Bakalavr, Master, MBA, PhD və idarəedici təhsil proqramları
Masaçusets Texnologiya İnstitutu William Barton Rogers tərəfindən təsis edilmişdir.

81 Nobel laureatı İnstitutun adı ilə bağlıdır.

Bugünkü kompüter sivilizasiyasının bir çox nailiyyətləri bu institutda əldə olunub. Məktəbin adı General Motors-un prezidenti Alferd P. Sloanın adı ilə bağlıdır. Dünyada MBA proqramları üzrə ən çox seçilən məktəbdir.

MIT_School_of_Management.svg

539w

 

 

  1. Booth School of Business (University of Chicago)
Yeri İllionis ştatı, Çikaqo, ABŞ
Devizi Biliyi daha çox inkişaf etdirək; və beləcə insan həyatını zənginləşdirək (Let knowledge grow from more to more; and so be human life enriched)
Simvolu Tünd qırmızı və ağ rənglər
Fəaliyyətə başladığı il 1898-ci il
Proqramları MBA və PhD proqramları
Çikaqo Universiteti neft maqnatı və xeyriyyəçi John D. Rockefellerin yardımı ilə Amerikan Baptist Təhsil Cəmiyyəti tərəfindən təsis edilmişdir.

89 Nobel lauratı Universitetin adı ilə bağlıdır.

ABŞ-ın 2-ci ən qədim Biznes məktəbidir. Məktəbin adı Amerikalı biznesmen David G. Booth adı ilə bağlıdır.

Chicago Booth

harper-center

 

 

  1. Columbia Business School (Columbia University)
Yeri New York , ABŞ
Devizi Sənin işığında biz işıq görəcəyik (In Thy light shall we see light)
Simvolu Göy və ağ rənglər
Fəaliyyətə başladığı il 1916-cı il
Proqramları Bakalavr, Master, MBA, PhD və idarəedici təhsil proqramları
Böyük Britaniya kralı II George tərəfindən Kral Kolleci adı altında təsis edilmişdir. Amerikan İnqilab müharibəsindən sonra adı dəyişərək Kolumbiya kolleci olmuşdur.

101 Nobel laureatı Universitetin adı ilə bağlıdır.

Kolumbiya Biznes məktəbi dünyanın ən qabaqcıl Biznes məktəblərindən biridir. ABŞ-ın ən nüfuzlu ali məktəblərini birləşdirən Sarmaşıq Liqasına daxildir.

columbia-bschool

Columbia1

 

 

  1. Kellogg School of Management (Northwestern University)
Yeri İllionis ştatı, Evanston, ABŞ
Devizi Ruhlandırıcı inkişaf (Inspiring Growth)
Simvolu Bənövşəyi rəng
Fəaliyyətə başladığı il 1908-ci il
Proqramları MBA, MBA+, MBA-JDMMM, PhD və MDİ proqramları
Universitet John Evans tərəfindən təsis edilmişdir (Evanston şəhərinin adı da John Evansın adı ilə bağlıdır).

Kellogg məktəbinin Honk-Konqda, Tel Avivdə, Torontoda, Vallendar/Koblenzdə və Beijinqdə beynəlxalq mərkəzləri var. “Super Elit M7 Biznes Məktəbləri”nə daxildir. “Super Elit M7 Biznes Məktəbləri”nə Harvard, Stanford, Wharton, Sloan, Booth, Kolumbiya və Kellog Biznes məktəbləri daxildir.

e170e2ff9e3b0cbddbb5ed9c4728422e

Power-Construction---Northwestern-Kellogg-In-Progress

 

 

  1. London School of Economics and Political Science
Yeri London, İngiltərə
Devizi Hər şeyin səbəbini bilmək üçün (To Know the Causes of Things)
Simvolu Bənövşəyi, qara və qızılı rənglər
Fəaliyyətə başladığı il 1895-ci il
Proqramları MPhil, MRes, PhD, MPA, EMBA, Master və diplom proqramları
Fabian Şəbəkəsi üzvləri tərəfindən təsis edilmişdir. Sosial Elmlər üzrə qlobal liderdir. Dünyanın ən prestijli universitetləri arasındadır.Bəzən Britaniya universitetlərinin “Qızıl Üçbucağı”nın bir hissəsi kimi təsvir edilir.

Birləşmiş Krallıqda adətən ən yaxşı universitetlər sırasında 3-cü yerdə olur.

lselogo

cover

 

 

  1. London Business School
Yeri London, İngiltərə
Devizi Dünya biznesinə dərin təsir etmək üçün
(To have a profound impact on the way the world does business)
Simvolu Göy və qırmızı rənglər
Fəaliyyətə başladığı il 1964-cü il
Proqramları MBA, EMBA, Master, PhD və idarəedici təhsil proqramları
Franks Report mövcud universitetlərin hissəsi kimi 2 biznes məktəbinin açılmasını tövsiyyə etdikdən sonra təsis edilmişdir (London Biznes Məktəbi və Mançester Biznes Məktəbi). 2006-cı ildə MBA və idarəedici təhsil verən bir mərkəzi də Dubayda fəaliyyətə başlamışdır. Financial Times-a görə MBA proqramları üzrə universitetlər arasında dünyada 1-ci yerdədir.

LBS_logo_

London-Business-School

 

 

  1. Tuck School of Business (Dartmouth College)
Yeri New Hampshire ştatı, Hanover, ABŞ
Devizi Səhrada ağlayan birinin səsi (The voice of one crying out in the wilderness)
Simvolu Yaşıl rəng
Fəaliyyətə başladığı il 1900-cü il
Proqramları MBA və idarəedici təhsil proqramları
Dartmouth Kolleci Eleazar Wheelock adlı nazir tərəfindən təsis edilmişdir. Biznes məktəbinin adı Dartmouth Kollecinin məzunu Amos Tuck-un adı ilə bağlıdır.

ABŞ-ın ən nüfuzlu ali məktəblərini birləşdirən Sarmaşıq Liqasına daxildir. MBA üzrə təhsil verən ilk təhsil müəssisəsidir.

tuckf.l349

Dartmouth-Tuck

 

 

  1. Yale School of Management (Yale University)
Yeri Connecticut ştatı, New Haven, ABŞ
Devizi Əsrlərin yeni qaydası (A New Order of the Ages)
Simvolu Göy rəng
Fəaliyyətə başladığı il 1976-cı il
Proqramları MBA, EMBA, MAM, PhD və idarəedici təhsil proqramları
Yale Universiteti bir qrup nazir tərəfindən təsis edilmişdir.

ABŞ-ın 3-cü ən qədim təhsil müəssisəsidir. ABŞ-ın ən nüfuzlu ali məktəblərini birləşdirən Sarmaşıq Liqasına daxildir.

52 Nobel laureatı Yale Universiteti ilə bağlıdır.

yale-university-yale-school-of-management

img0

 

 

  1. Haas School of Business (University of California)
Yeri Kaliforniya ştatı, Berkeley, ABŞ
Devizi İnnovasiya vasitəsilə rəhbər (Leading Through Innovation)
Simvolu Göy və qızılı rənglər
Fəaliyyətə başladığı il 1898-ci il
Proqramları Bakalavr, Master, MBA, PhD və idarəedici təhsil proqramları
Kaliforniya Universiteti Kaliforniya Kollecinin və Oaklandda Kənd Təsərrüfatı, Mədən-sənayesi və Mexaniki İncəsənət Kollecinin birləşməsi nəticəsində təsis edilmişdir.

72 Nobel laureatı Universitetlə bağlıdır.

Haas Biznes Məktəbi ABŞ-ın 3-cü ən qədim biznes məktəbidir. Dünyanın ən prestijli biznes məktəblərindən biridir.

Berkeley_Haas_Square2-250x250

148b81eb3f3377e0464b3f94b768d448

 

 

  1. Saïd Business School (Oxford University)
Yeri Oxford, İngiltərə
Devizi Lord mənim işığımdır (The Lord is my Light)
Simvolu Göy rəng
Fəaliyyətə başladığı il 1996-cı il
Proqramları Bakalavr, Master, MBA, DPhil proqramları
Oxford Universitetinin təsis olunduğu il dəqiq məlum deyil (1096-cı ildə tədrisin olduğu məlumdur) və Universitet ingilis dilli dünyanın ən qədim təhsil müəssisəsidir.

Oxford Universiteti ən geniş universitet mətbuatı və akademik kitabxanaya sahibdir.

Said Biznes məktəbinin adı Wafic Saïd adlı Səudi-Suriyalı millionerin adı ilə bağlıdır.

tradegothic lock up

background-skoll2

 

 

  1. Fuqua School of Business (Duke University)
Yeri Şimali Karolina ştatı, Durham, ABŞ
Devizi Bilik və İnam (Knowledge and Faith)
Simvolu Göy və ağ rənglər
Fəaliyyətə başladığı il 1969-cu il
Proqramları Master, MBA və PhD proqramları
Duke Universtiteti metodistlər və kvakerlər (dini təriqət üzvləri) tərəfindən təsis edilmişdir. Universitetin adı James Buchanan Duke adlı tütün və elektrik enerjisi sənayeçisinin adı ilə bağlıdır.

Fuqua Biznes məktəbinin adı biznesmen və xeyriyyəçi John Brooks Fuquanın adı ilə bağlıdır.

fuqua-logo-CMYK

FUQUA_entrance.elev_.twi_.c_0

 

 

  1. Institut Européen d’Administration des Affaires (INSEAD)
Yeri Fontainebleau, Fransa
Devizi Dünya üçün biznes məktəbi (The Business School for the World)
Fəaliyyətə başladığı il 1957-ci il
Proqramları MBA, EMBA, PhD və müxtəlif idarəedici proqramlar
Kapitalist və Harvard professoru Georges Doriot tərəfindən təsis edilmişdir.

INSEAD Avropa Biznes Admistrasiyası İnstitutunun fransızca abbreviaturasıdır. Avropa, Əbu-Dabi və Sinqapurda mərkəzləri var.

Business Strategy 2

PHO28256f4e-c43a-11e5-a5e6-8f1cad47d9fc-805x453

 

Bloqu oxudunuzsa zəhmət olmasa aşağıda “Bir cavab yazın” adlı komment hissəsində öz fikirlərinizi, rəylərinizi  və eyni zamanda öz əlavələrilərinizi bizimlə bölüşməyi və eyni zamanda bu yazını facebookda həyat yolunuzda paylaşmağı unutmayın.

 

Hər dəfə yazdığım bu kimi yeni bloq yazılarımdan və araşdırmalardan xəbərdar olmaq istəyirsinizsə sağ tərəfdə aşağıda izlə bölməsinə öz emailinizi yazıb göndərməyiniz  yetərlidir. Əks halda yeni dərc olunan yazılar emailinizə gəlməyəcək.

Göstərdiyiniz diqqətinizdən dolayı hər birinizə sevgi dolu dərin təşəkkürümü bildirirəm.

 

XƏYAL ABDULLAYEV

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: