Dünyanın ən bahalı 10 telefonu

 

10. Vertu Signature Cobra (310.000 $)

vertu-telefonu

Bugünə qədər Vertu Signature Cobra adlı bir telefon eşitmişdiniz? Sensorlu ekrana sahib olan telefonlar sizə böyük görsənirsə və kiçik ekran həvəskarısınızsa bu telefon əsl sizin üçün yaradılıb. Ancaq qiyməti sizə görə olmaya bilər. Telefonun hər bir tərəfi qiymətli daşlarla bəzədilib və normal telefonda olan hər bir özəlliyə sahibdir. Bu telefon cəmi 8 ədəd istehsal edilmişdir.

 

9. Gresso Luxor Las Vegas Jackpot ( 1 milyon  $)

gresso-luxor

Bu telefona sahib olmaq üçün 1 milyon dollar ödəmək lazımdır! Qiyməti çox baha görünə bilər amma bu telefonu hazırlamaq üçün 45 karat qara almaz, 18 karat saf qızıl və digər qiymətli daşlardan istifadə edilib. Eyni zamanda bu telefonu əldə etmək çox çətindir. Çünki dünyada cəmi 3 ədəddir.

 

8. Diamond Crypto Smartphone (1.3 milyon $)

diamond

1.3 milyon dollarlıq bu ağıllı telefon digərlərindən fərqlidir. Çünki heç bir ağıllı telefon bu qədər qiymətli daşlarla bəzədilməyib. Aralarında 10 ədəd mavi daşın da iştirak etdiyi bu telefonun örtüyünü düzəltmək üçün 50-ə yaxın qiymətli daşdan istifadə edilib.

7. GoldVish Le Million ( 1.45 milyon $)

goldvish

İsveçrə istehsalı olan bu telefonun örtüyündə 18 karat qızı, 120 karat brilliant və platindən istifadə edilib. Bu telefona sahib olmaq isə çox çətindir. Çünki dünyada cəmi 3 ədəddir.

 

6. Almaz örtüklü iPhone 6 ( 2.5 milyon $)

iphone-6

Bu telefonun da istehsalında qiymətli daşlardan istifadə edilib. Telefonun gövdəsi 18 karat qızıldan və almazlardan ibarətdir. Apple loqosu isə tamamilə almazdan ibarətdir. 2.5 milyon dollar qiyməti olan bu telefondan dünyada çox az saydadır.

 

5. iPhone 3G Kings Button ( 2.5 milyon $)

iphone-3

iPhone 3G Kings Button 18 karat sarı, ağ və çəhrayı qızıldan istifadə edilərək hazırlanıb. Plastik xətlərin üzərində 6.6 karat brilliant döşənib.

 

4. Supreme Goldstriker iPhone 3G ( 3.2 milyon $)

supreme-gold

3.2 milyon dollarla gəlirli biznes sahələrindən birinə sərmayə yatırıb sərvəti daha da artırmaq olar. Ancaq bəzi milyonçular var dövlətini bu cür əşyalara xərcləməyi sevirlər. Bu telefonun istehsalında 22 karat qızıl, 136 ədəd briliant və menyu düyməsində 7.1 karat ağırlığında almazdan istifadə olunub. Telefonun özünü isə almaq mümkün deyil. Çünki az sayda istehsal edildiyi üçün artıq satışda yoxdur.

 

3. Diamond Rose iPhone 4 32GB ( 8 milyon $)

diamond-rose

Bu iphoneun istehsalında isə 100 karat ağırlığında 500 ədəd almazdan istifadə edilibı. Arxa hissəsində 53 ədəd brilliantdan istifadə edilərək yaradılan apple loqosu isə telefona ayrıca gözəllik verir. Telefonun menyu düyməsi isə 7 karat almazdan istifadə edilərək yaradılıb.

 

2. iPhone 5 Black Diamond ( 15 milyon $)

diamond-rose

15 milyon dollar dəyərindəki bu telefon adından da göründüyü kimi nadir əldə edilən qara almazlarla bəzədilib. Apple loqosunda 53 ədəd brilliantdan istifadə edilib. Telefonun gövdəsi 53 ədəd brilliant, 24 karat qızıldan istifadə olunaraq hazırlanıb.İstehsalı 9 ay çəkib bu telefon tamamilə əl ilə istehsal edilib.

 

1. SuperNova Diamond iPhone 6 ( 45.5 milyon $)

falcon

İnanılmazdır amma 45.5 milyon dollarlıq telefon da var siyahıda. Bu telefon dünyanın ən bahalı telefonu olmaqla yanaşı həm də ən gözəl telefonlarından biridir. Telefonun arxa hissəsi çox nadir hallarda tapılan çəhrayı qızılla düzəldilib. Telefonun bu qədər bahalı olmasının əsas səbəbi də budur.

 

Hər dəfə yazılan  bu kimi yeni bloq yazılarından və araşdırmalardan xəbərdar olmaq istəyirsinizsə sağ tərəfdə aşağıda izlə bölməsinə öz emailinizi yazıb göndərməyiniz  yetərlidir. Əks halda yeni dərc olunan yazılar emailinizə gəlməyəcək.

Göstərdiyiniz diqqətinizdən dolayı hər birinizə sevgi dolu dərin təşəkkürümüzü bildiririk.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: