Dünyanın ən bahalı ətirləri – ARAŞDIRMA

clive-christian-no-1-perfume-imperial-majesty

Hər birimizə aydın olduğu kimi hər bir insanın özünün individual qoxusu var. Hərə öz zövqünə görə bir ətir seçir. Dünyanın müxtəlif yerlərində fərqli qiymətə ətirlər satılır. Onlar arasında bəziləri var ki, qiymətləri və görünüşlərinə – dizaynlarına görə digərlərindən fərqlənir. 

Bu gün sizə Dünyanın ən bahalı ətirlərini təqdim edirik:

1) “Baccarat’s Les Larmes Sacrées de Thebe” – Fransa istehsalı olan bir ətirdir. Vizyon  – görünüş baxımından ən gözəl parfümlərdən biridir. 1990-cı ilin sonunda Christine Nagel tərəfindən hazırlanan bu ətir  yasəmən (jasmine), ilanq-ilanq yağı, kardamon ədviyyatı, ətirşah,  ətirli qətran, sandal ağacı, reyhan, müşk və mərsin bitkisi kimi rayihələrə (tama) malikdir.

Ətirin qiyməti 1700 $ dollardır. (0.25 oz.-nın qiyməti 1,700 dollara başa gəlir.) Onun qiymətinin baha olması şüşəsi ilə əlaqədardır. Belə ki, qab təmiz büllurdan hazırlanır.

Onun şüşəsi piramida formalı kristaldan (təmiz büllur) ibarətdir ki, onun da çox zərif və həssas olduğu deyilir.

Baccarat_Les_Larmes_Sacrees_de_Thebes

loffit_los-perfumes-mas-ex_02

original-118742

2) Annick Goutal Perfume Eau D’hadrien” – Fransa istehsalı olan, həm qadınlar üçün, həm də kişilər üçün olan sitrik bir ətirdir. Ətir 1981-ci ildə Annick GoutalFrancis Camail tərəfindən hazırlanılıb. Ətir qreypfrut, limon, sərv, naringi, portağal, siciliya limonu, aldehid və ilanq-ilanq kimi rayihələri verən xüsusiyyətlərə malikdir. Ətirin 2 oz.-nun qiyməti 1700 dollardır.

P1020761.jpg

Annick_Goutal_Eau_d__039_Hadrien_Eau_De_Parfum_Spray_50ml_1403088273

for men.jpg

annick_goutal_eau_d__039_hadrien_eau_de_parfum_spray_50ml_1403088273_big

3) “Caron’s Poivre” – Fransa istehsalı olan ətirdir. Karon şirkəti tərəfindən hazırlanmış və sırf qadına xas olan bir ətirdir. Ətir qırmızı və qara bibər ətirlərinin qarışığını və ətirşah, qızılgül, yasəmən, tuberoza, ilanq-ilanq və mixək rayihələrini verir. 50 il bundan əvvəl (1954-cü ildə) Parisdə istehsal olunub. Ətir parfümerlər olan Ernest Daltroff and Michel Morsetti tərəfindən hazırlanmışdır.  Məhdud sayda buraxılır. Şüşəsi isə Félicie Bergaud tərəfindən “Baccara” büllurundan düzəldilib. Şüşə tıxacı (Probkası) və bütöv zirvəsi ağ qızılla bəzədilmişdir. Ətirin qiyməti 2000 $ dollardır. (2 oz.)

da00955fa715d781ad23550a5c509359.jpg

Caron-Poivre.jpg

cbdf1e0cfd9127a8079cfa69d4b9f7bb

4) “Ralph Lauren Notorious” – Amerika brendidir. Məşhur amerikalı dizayner Ralf Lauren tərəfindən düzəldilib. 25 yaşdan yuxarı xanımlar üçün nəzərdə tutulub. Ən bahalı çeşidinin qiyməti 3540 $ dollardır.

717HF1tXtfL._SL1500_.jpg

614_0.jpg

ralph_lauren_notorious_for_women_2ralph-lauren-notorious (1)

5) “Clive Christian No.1” – Britaniya istehsalıdır.  Britaniyalı dizayner Klayv Kristian tərəfindən hazırlanıb. 1000-dən çox növü var. 30 ml.-i 5500 dollardır. Ən bahalı növünün qiyməti 215.000 dollardır. (Bloqun sonlarına yaxınlaşdıqca növbəti siyahıda onu görəcəksiniz.)

“Clive Christian No.1” – rin qoxusu son dərəcə zərifdir, çünki o, Berqamot, təbii saqqız qətranı, orris, səndəl ağacı, vanil və Madaqaskarda yetişən ilanq ilanqanın ekstraktından hazırlanmışdır.  Bu inqrediyentləri il ərzində belə toplamaq mümkün deyil, çünki demək olar ki, hal-hazırda mövcud deyil. Ona görə də Clive Christian No. 1-in 2 oz-un qiyməti  2,150 $ dollardır.

clive-christian.jpg

61HWnrwD+YL._SL1000_.jpg

375x500.4648NMC02Z8_mu.jpg

clive_christian-no1_pure_perfume_30ml-500x500

6) “Royal Arms Diamond Edition Perfume” – Britaniya istehsalıdır.  Şahzadə Yelizavetanın 60 illiyi münasibətiylə xüsusi hazırlanıb. Şüşəsi brilyant və qızılla bəzədilib. Qiyməti 23.000 $ dollardır.

o.19241.jpg

floris-royal-arms-diamond-edition.jpg

2 royal arms.jpg

Royal-Arms-landscape

7) “Clive Christian Imperial Majesty” – Böyük Britaniya istehsalıdır. Clive Christian şirkətinin bir markasıdır. Korolevski parfümdür. Tərkibində iki nadir tapılan qoxu var. Şüşəsi isə dağ büllurundan hazırlanıb. Qapağında 5 əyyarlı brilyantlar var.

Guinness Rekorlar Kitabı’na dünyanın ən bahalı parfümü olaraq daxil olmuşdur.  Ətir kardamon, yasəmən, qərənfil və limon rayihələrini verir. Clive Christian Perfume, ətri ilə ətrafdakı hər kəsi öz təsiri altına ala bilmə gücünə malikdir. Qiyməti 215.000 $ dollardır. (16.9 oz.)

Bundan 10 il əvvəl ilk tanıtımı edildi; o gün bu gündür bu ətir parfüm dünyasındakı güclü mövqeyini hələ də qorumaqdadır. Çünkü bahalı olduğu qədər də ən ağıldaqalıcı və ən bəyənilən parfümlər arasında yer alır. Məzmun anlamında onu bu qədər bahalı edən Taiti vanili və Hindistan’dan təbii sandal ağacıdır.

Ətirin bu qədər bahalı olmasının tək səbəbi əlbəttə sadəcə ətri deyil; Clive Christian’ın        5 karat ağ almazla (qapağında yerləşir) qablaşdırılması18 karat qızıl örtük bəzəyi də parfümü bu qədər dəyərli edən səbəblərdən biridir. Ətir “Clive Christian No.1”-dən fərqli olaraq Baccarat Crystal (Bakkara Billuru) qabında istifadəyə verilmişdir. Başa düşdüyünüz kimi, toplam qiymətin 175.000 $ dolları şüşə, 32.000 doları isə ətrə aiddir.

Məhsul haqqında çox maraqlı bir fakt: Clive Christian Imperial Majesty  dünyada sadəcə 10 ədəd sayda hazırlanmışdır.

clive-christian-no-1-perfume-imperial-majesty.jpg

Clive-Christian-imperial

clive-christian-no-1-perfume-imperial-majesty-edition-closeup.jpg

1325487864_clive-christian-2

Untitled-13-1.jpg

8) “DKNY Golden Delicious” – Amerikan kökənli fransız brendidir. Yaradıcısı Donna Karan 1989-cu ildə DKNY şirkətini Nyu Yorkda təsis etmişdir, 1996 -cı ildə firma açıq satılan bir şikət olmuş, 2001 ci ildə isə Fransanın “Louis Vuitton Moet Hennessey” şirkəti tərəfindən satın alınmışdır.  Tərkibində qırmızı alma, portağal, gavalı, ağ liliya və başqa çiçəklərin qoxusu birləşib. Adi qabda ətirin qiyməti 40-50 $ dollardır. 2011-ci ildə isə ətir üçün xüsusi qab hazırlandı və dünyanın ən bahalı ətiri kimi tarixə düşdü. Belə ki, qab 2909 bahalı daşla bəzədilib. Qiyməti isə 1 milyon $ dollardır. Onun satışından əldə olunan gəlir xeyriyyə məqsədiylə xərclənib.

dkny-main.jpg

o.29075.jpg

o.11153

o.21265

Bu kimi faydalı bloq yazılarının davamlı olmasını istəyirsinizsə, 1 DƏQİQƏ vaxtınızı ayırıb aşağıda 2 sadə addımı etməyinizi sizdən xahiş edirik.

  1. Oxuduğunuz yazını aşağıda “Facebook və ya LinkedIn” butonlarından birinə tıklayaraq öz xəbər lentinizdə paylaşmaq. (Oxuduğunuz bloqla dostlarınıza faydalı olmaq üçün)
  2. Aşağıdakı abunə xanasında emailinizi daxil edib, “Abunə ol” butonuna tıklamaq.                (Dərc olunan yeni bloq yazıları barədə bildiriş almaq üçün)

Bloqu oxuduğunuz üçün sizə xüsusi təşəkkürümüzü bildiririk!

XƏYAL ABDULLAYEV

Rating: 1 out of 5.

BLOQA ABUNƏ OLMAQ ÜÇÜN ZƏHMƏT OLMASA, AŞAĞIDA EMAİLİNİZİ QEYD EDİB, DAHA SONRA “ABUNƏ OLUN” BUTONUNA TIKLAYIN.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: