10 dollarlıq bloqdan milyonlar qazanan qadın: Chiara Ferragni

exclusivegrazia-9ft1940.jpg

Tanış olun, dünyanın ən çox qazanan moda bloqeri: Chiara Ferragni.

Chiara Ferragni italyan moda dizayneri və modelidir. O, “The Blonde Salad” adlı kitabı və The Blonde Salad blogu vasitəsilə  “Tod’s” və “Pantene”  kimi moda və gözəllik markaları ilə əməkdaşlıq etmiş, 2017-ci ilin sentyabrında Forbes siyahısında ən güclü moda səlahiyyətlisi (influencer) kimi birinci pillədə yer almışdır.

Şəxsi bloqu ilə dünya miqyasında məşhur olub şöhrət qazanmışdır. Eyni zamanda Chiara Ferragni bloqunun adıyla xatırlanır.

The Blonde Salad, həm Chiara Ferragni’nin həm bloqu, həm də yazdığı ilk kitabının adıdır.

529fb420cbe03677ee859251ab42f0d3.jpg

87446d5caba3c25c6bfc914ef53d8c0a--style-mode-fashion-bloggers

12-image-5COL.jpg

Həyatı

O, 7 may 1987-ci ildə Cremona, İtaliya-da  diş həkimi Marco Ferragni və Şimali İtaliyanın Siciliya mənşəli yazıçı Marina Di Guardo-nın ailəsində dünyaya gəlmişdir. Onun iki kiçik bacısı var: Francesca Ferragni və Valentina Ferragni. Chiara Ferragni, uşaqlıqdan gözəl üzü və fotogenik olduğu üçün həmişə diqqət mərkəzində olub.

 

Facts-About-Chiara-Ferragni.jpg

pedro-garcia-chiara-ferragni-wearing-parson-satin-sneakers-whos-wearing3

filter_MG_1859.jpg

Karyerası və uğurları

Ferragni ilk dəfə modelliyə 5 yaşında başlayıb. 16 yaşına çatdıqda isə ciddi şəkildə moda işinə başlamışdır. Bundan sonra Ferragni moda ilə daha yaxından maraqlanmağa başlayır. Sevgilisi Ricaardo Pozzoli onu bloq yaratmağa razı saldı. Pozzoli həmin dövrdə marketinq üzrə təhsil alırdı. Pozzolinin strategiyaları və Ferragninin tərzi birləşdi və ortaya məşhur bloqer çıxdı.

Ricaardo Pozzoli və Chiara Ferragni birlikdə

8383919812_369cc6928c_o

Riccardo Pozzoli;Chiara Ferragni

Giulio+Berruti+attends+Maison+Rome+Etoile+6SVNjqLDos6x

c969d637d40f461ad809a68cabaecd4b

Chiara həmin zaman Flört Ayaqqabılar adlı öz ayaqqabı markasını da yaratdı. Bir çox markanın üzü kimi reklamlarda çəkildi və bu onu moda dünyasında daha da məşhur olmasına yol açdı.

1103_FL-chiara-ferragni-shoes_2000x1125-1200x675

9948791225_71a6fc290a_o

filter_IMG_1854

Chiara Ferragni bloqunu ilk dəfə 2009 -cı ilin oktyabrında qurmuşdur. Beləliklə bloq 2009-cu ildə fəaliyyətə başladı. 2011 -cı ilin martında New York dərgisi onu “İlin böyük diqqət çəkən ulduzlarından biri” olaraq dərc etmişdir.

Ferragni gözəlliyi və tərzi ilə qısa müddət ərzində insanları bloqa cəlb etməyi bacarır və.2 il ərzində (2009 – 2011-ci ilin dekabr) bloqu 1 milyon unikal istifadəçi ziyarət edir. Eyni zamanda Ferragninin bloqu bu günə qədər 12 milyon nəfər insanı özünə cəlb etməyi bacarmışdır.

2011-ci ilin dekabrında, hələ Bokkoni Universitetində hüquq təhsili alarkən Ferragni  Teen Vogue‘da Dövrün Bloggerı kimi yer almışdır. Ferragni haqqında maraqlı bir faktı da qeyd edim ki, o, heç universitet dərəcəsini sonadək ala bilməmişdir.

1100full-chiara-ferragni.jpg

IMG_3670.jpg

0c40ff3c221edf00f791e514d5812e3b--valentina-ferragni-chiara-ferragni-instagram

2013-cü ildə Ferragninin İlin ən yaxşı blog yazarı olduğu müxtəlif yerlər tərəfindən qəbul edilir. 2013-cü ilin dekabrında isə o, ana dili olan İtalyanca  “The Blonde Salad” adlı bir kitab nəşr etdirir.

Ferragni 2013-cü ilin noyabrda Guess’in bir marketing kampaniyası üçün modellik etmiş, 2013-cü ilin dekabrında isə Steve Madden ilə Yaz 2014 ayaqqabı dizaynı üçün əməkdaşlıq qurmuşdur. Ferragni əvvəlki işləri daxil olmaqla bu günədək Christian DiorLouis VuittonMax MaraChanelTommy HilfigerRunny Green BooghersJ Brand və Seven for All Mankind ilə çalışıb onlarla əməkdaşlıq etmişdir.

Ferragni eyni zamanda TRL Awards‘da aparıcılıq etmişdir, eləcə də bir İtalyan şousu olan Chiambretti Night‘a qonaq olmuşdur.

Kann Film Festivalı ilə birlikdə We Have a Pope adlı filmin gala gecəsində qırmızı xalçada yerimək lüksünü qazanmışdır. Chiara eyni zamanda Project Runway adlı programa 2014- cü ildə qonaq olmuşdur.

4e8755d63f98a6c86105c841c1b36642--chiara-ferragni--chiara-ferragni-outfits

1.-denim-vest-with-denim-shorts

6-image-5COL

Biznesi və digər uğurları

Onun biznes müəssisələri 2014-cü ildə təxminən 8 milyon ABŞ dolları qazandı (əsasən, Chiara Ferragni Collection ayaqqabılarından). 2015-ci ilin yanvarında, Ferragni’nin blogu və ayaqqabı biznesi olan – Chiara Ferragni Kolleksiyası  Harvard Business School‘da  CASE STUDY (araşdırma nümunəsi) oldu.

Ferragni 2015-ci ilin mart ayında, Aprel 2015 Vogue España‘nın jurnalının üz qapığına seçildi, beləliklə Vogue jurnalının üz qabığında yer almaq onu ilk moda bloqqeri kimi nümayişə çıxardı. Ondan sonra isə Ferragni 50-dən çox moda jurnalının üz qapığında göründü.

2016-ci ilin yanvarında Pantene şirkəti Ferragni-ni yeni qlobal səfir olaraq elan etdi.

Mattel Inc, 2016-cı ilin sentyabr ayında biri geyimi ağ tişört, qara dəri jaket, cins və Chiara Ferragni Kolleksiyası ayaqqabıları, digər geyimi isə Chanelin ümumi geyimləri olan Chiara Ferragni-nin bir Barbie versiyasını yaratdı.

31 İyul 2017-ci il tarixinə Ferragni-nin Instagram’da 10 milyon izləyicisi var idi.           2017-ci ildə Ferragni İntimissimi-nin 4-cü nəşri üçün kostyumlar hazırlamaq üçün dizayner seçilir. 26 İyul 2017-ci ildə isə Ferragni Milan- dakı özünün ilk Chiara Ferragni Collection mağazasını açır.

110216-chiara-ferragni-shoes

11362074215_92fbefd516_o

Slider_1_-_Chiara_Ferragni__The_Blonde_Salad

Mükafatları və Fərqlənmələri

Chiara Ferrani 2014-cü il sentyabrın 7-də 3 illik ardıcıl bloquna Bloglovin mükafatı qazanmış və onun blogu “Ən yaxşı şəxsi tərz” blogu adlandırılmışdır.

2013-cü ildən etibarən Ferragni, Moda Biznesində 500 ən nüfuzlu moda insanları siyahısında yer almışdır.

2015-ci ildə də Ferragni “İlin Bloggeri” adlı Bloglovin mükafatını qazandı. Və həmin ildə (2015-ci il) Ferragni  Forbes 30 Under 30 siyahısında yer aldı. 

10735439_736355773100409_1388599352_n

ChiaraFerragni_3

Chiara-Ferragni-@chiaraferragni--2017-04-10_L044TkNuZ2ZBaFpPQWo2QUtRYk44YWlMeTVUUT0vNjZ4MDo1NTF4NzI3LzY0MHgwLzQxZDVkNDJmLWU1MWMtNGE4NC04ZjNiLThiMzM2ZjE0MTE4Mw==

Şəxsi həyatı

Chiara Ferragni 2017-ci ilin mayın 6-sında İtaliyanın Verona şəhərində konsert zamanı İtaliyalı reper və prodüser Fedez-lə nişanlanmışdır. Konsert və təklif  İtaliya radiosunda və RTL 102.6 TV kanalında canlı yayımlanmışdır.

chiara-ferragni-and-italian-rapper-fiance-fedez-walk-hand-in-hand-as-they-leave-the-ivy-restaurant-in-west-hollywood_1

fedez.chiara-ferragni-cover-vanity-fair-italia-04

 

2e1f7451-b381-4269-9e47-89448b28f2f7

Chiara Ferragni-nin hazırda 30 yaşı var və Guess markasında model ve spiker olaraq çalışmaqdadır. Chiara eyni zamanda hal-hazırda şəxsi bizneslə – bloqqerliklə və dizaynerliklə məşğuldur. Bloqerlik hələ də ciddi bir iş sayılmasa da Ferragni 10 dollara yaratdığı bloqdan hazırda milyon dollarlar qazanmağa davam edir.

Saytlarına keçid:

Bu kimi faydalı bloq yazılarının davamlı olmasını istəyirsinizsə, sizdən 1 dəqiqə vaxtınızı ayırıb aşağıda 2 sadə addımı etməyinizi xahiş edirik.

  1. Oxuduğunuz yazını aşağıda “Facebook və ya LinkedIn” butonlarından birinə tıklayaraq öz xəbər lentinizdə paylaşmaq. (Oxuduğunuz bloqla dostlarınıza faydalı olmaq üçün)
  2. Aşağıdakı abunə xanasında emailinizi daxil edib, “Abunə ol” butonuna tıklamaq.                (Dərc olunan yeni bloq yazıları barədə bildiriş almaq üçün)

Bloqu oxuduğunuz üçün sizə xüsusi təşəkkürümüzü bildiririk!

XƏYAL ABDULLAYEV

Rating: 1 out of 5.

BLOQA ABUNƏ OLMAQ ÜÇÜN ZƏHMƏT OLMASA, AŞAĞIDA EMAİLİNİZİ QEYD EDİB, DAHA SONRA “ABUNƏ OLUN” BUTONUNA TIKLAYIN.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: