Biznes ideyaları reallaşdırmaq üçün 10 sadə qayda

Rusiyada marketinq üzrə nömrə 1 olan İqor Mannın bu qaydaları Sizə ideyalar ilə düzgün və effektiv işləməyə kömək edəcək.

QAYDA #1. Öldürmə. Nə söz, nə sükut, nə də ki baxışın ilə digərlərin yaxşı ideyalarını öldürmə.

QAYDA #2. Öldürməyə imkan vermə. Öz ideyanı heç kimə öldürməyə imkan vermə.

QAYDA #3. Əsnəmə. İdeyalar tez gəlir, lakin ondan da tez gedirlər. Məqamı tut – ideyaları qeyd elə.

QAYDA #4Ətrafınıza fikir verin. İdeyalar hər tərəfdən, hətta gözləmədiyiniz yerdən belə gələ bilərlər.

QAYDA #5Oğurla. Digərlərin ideyalarından istifadə etmək normaldır. 3 qeyd:

  • Sizin ideyalarınızı da oğurlaya bilərlər;
  • Həmkarlarınızın ideyalarını mənimsəməyin;
  • İdeya patent və ya kopirayt ilə qorunursa, bunu etməyin.

QAYDA #6Qarışdır. Öz və özgə ideyaları kombinasiya edin. Sizin ideyanız + özgə ideya = Sizin yeni bir ideyanız.

QAYDA #7. Bölüş. Bir biriniz ilə ideyalarınızla bölüşün. Bernard Şou deyirdi: «Əgər sizdə alma varsa, məndə də alma var. Əgər biz onları dəyişsək, yenə də hərəmizdə bir alma olur. Əgər sizdə ideya varsa və məndə də ideya olsa və biz onları dəyişsək, onda hərəmizdə iki ideya olacaqdır».

QAYDA #8. Dayanma. Heç vaxt ideyaları icad və reallaşdırmağını dayandırma. Dayanma yaradıcılıq ölümünə səbəb olur.

QAYDA #9Reallaşdır. Təkcə ideyanı icad etmək kifayət deyil. İdeyaların kəmiyyəti və keyfiyyəti önəmli deyil. Yaxşı ideyaları yaxşı (!) həyata keçirmək lazımdır.

QAYDA #10Fəxr elə. Öz ideya və nailiyyətlərindən utanma. Yaxşı ideyalar və onların uğurlu reallaşdırması – fəxr etmək üçün bundan yaxşı nə ola bilər?

Bu qaydalar haqqında daha ətraflı və digər maraqlı tövsiyyə və ideyalar haqqında Siz “Игорь Манн – Номер 1“ kitabından oxuya bilərsiniz.

Rating: 1 out of 5.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: