Pepsi ilə Coca-colanın 50 illik rəqabəti

Rəqabət böyük hekayələri, ən böyük rəqabət isə ən böyük hekayələri meydana gətirər. İndiki vaxtda qida sektorunda qabaqcıl firmaların güclü rəqabətlərinə şahidlik etdiyimiz kimi fərdi miqyasda yaşanan rəqabət də söz mövzusudur. Aşağıdakı məqalədə unudulmayacaq rəqabətləri sizə təqdim edirik.

Bu gün içki sektoru deyilincə ağılımıza gələn ilk iki şirkət Coca Cola və Pepsidir. İki şirkətin loqoları, qlobal səviyyədə bazar paylarını artırmaq üçün xərclədikləri aktivitilər bizim keyfiyyətli bir rəqabətə şahidlik etməyimizə səbəb olur. 

CocaCola ilk dəfə 1886-ci ildə bazara daxil olduğunda sektorda rəqibsiz vəziyyətdə idi. Daha sonrakı illərdə Pepsinin “Pepsi Cola” adıyla bazara girməsi ilə amansız rəqabətin startı verilmiş oldu. Rəqabətləri ərzində ilk dəfə 1980-ci illərin əvvəllərində Pepsinin supermarketlərdə  Coca Colanın satışlarını keçməyi bacardığını görürük. Onun xaricində 100 ildən çox bu rəqabətdə ümumiyyətlə CocaColanın rəqibindən bir addım öndə olduğu açıq aydındır.
Lakin Coca Colanın qarşısında Pepsi kimi bir rəqibi olmasaydı, bu gün gündə 1 milyardlıq satış statistikasına çata bilməzdi.

Dünyanın ən qiymətli markaları sıralamasında ilk sıraları paylaşan Coca Cola və Pepsi, 120 illik tarixlərində bir çox marketinq müvəffəqiyyətinə imza atdılar. Amma hər iki şirkətin özlərinə milyonlarla dollara başa gələn marketinq səhvləri də oldu. Qısacası “düşmən qardaşlar” ın tarixi ibrət verici marketinq hadisələri ilə doludur.
Coca Cola toplu ad olma üstünlüyünü istifadə edərkən, Pepsi bir növ “Niyə Coca Coladan fərqli olduğunu” və “istehlakçının niyə pepsini seçməli olduğunu” ortaya qoya bilmədi. Məsələn Pepsinin markasından istifadə olunan “Cola” titulu şüurlu bir seçimdə və iki şirkət arasında illərcə sürən hüquq mübarizələrinə səbəb oldu. Nəticədə Pepsi, “Cola” başlığının yalnız CocaColaya özəl olmadığını göstərməyi bacardı. Amma bu səbəblə bazara girən bir çox yeni rəqiblər də eyni marka adını istifadə etmək şansını əldə etdi və rəqabət daha da artdı.

Pepsinin dadının istehlakçılar tərəfindən çox seçim edilməsi, Coca Colanın məhsul idarəçilərini yeni bir düstur axtarışına məcbur etdi və bir illik araşdırma sonunda, yeni formullu New Coke bazara girmək üçün hazır vəziyyətə gəldi. 200 min istehlakçı ilə edilən dad testlərində, nəticə gözləntilərin üzərində idi. İstehlakçılar testlərdə New Coke-un dadının, yalnız Coca Cola-nın köhnə düsturundan deyil, Pepsidən də gözəl olduğunu bildirirdilər. Bu ruhlandırıcı test nəticələrinə çox inanan Coca Cola rəhbərliyi, eyni anda, eyni məhsul kateqoriyasında iki fərqli məhsul istehsal etməyəcəklərini düşünərək, klassik CocaColanın istehsalına son verib, yalnız yeni formullu New Coke istehsal etmək qərarını verdilər. Bir çox marketinq mütəxəssisinə görə bu qərar, marketinq dünyasının gəlmiş keçmiş ən böyük səhvi idi.

NEW COKE-NİN TANITIMI

23 Aprel 1985-ci ildə New Coke-nun tanıtımı edildi və bir neçə gün sonra da Coca Cola-nın istehsalına son verildi. Bu qərarın açıqlanmasından sonra Amerika xalqı New Coke-nu boykot etməyə başladı. İstehlakçılar, 100 illik tarixi ərzində bir “Amerika əfsanəsi” halına gələn klassik Coca Colanın bir göz qırpımında atılmasını , bağlanmasını qəbul etmədilər. Satışlar düşdü, etirazlar yayıldı. Mütəxəssislərə görə Coca Cola rəhbərliyi istehlakçıların klassik Coca Cola ilə bağlılığını qəbul edə bilmirdilər. Edilən araşdırmalar yeni düsturun nə qədər müvəffəqiyyətli olduğu mövzusunda deyil, köhnə markaya bağlılığın nə qədər güclü olduğu mövzusunda aparılmalı idi. Coca Cola, marka sədaqətini yaradarkən, istehlakçı ilə məhsul arasında, məhsulun keyfiyyətinə müstəqil bir əlaqə yaratmışdı və New Coke dövriyyəyə girərkən bu əlaqəyə ilişdi.

MESAJI ALDIQ

New Coke lansmanının üzərindən 1,5 ay keçməmişdi ki, dövrün Coca Cola başçısı Roberto Goizueta, mətbuatın önünə çıxdı və “Mesajınızı aldıq” mesajını verdi. New Coke istehsalı dayandırılıb, yenidən köhnə düstura dönmə qərarı alınmışdı. ABC televiziya kanalı, bu xəbəri normal yayın kimi kəsərək, “son dəqiqə xəbəri” olaraq verdi. 100 əsrlik köhnə formullu Coca Cola, “Classic Coke” adıyla təkrar çıxarılmağa başladı.
Bənzər marketinq səhvlərindən Pepsi də xilas ola bilmədi. Pepsi iki qat çox kofein ehtiva edən yeni bir içki hazıladı və “Pepsi AM” adıyla bazara verildi. Belə bir məhsula, bir alt marka yaradacaq qədər böyük bir tələb olmadığı üçün, məhsul müvəffəqiyyətli ola bilmədi. Çünki istehlakçılar belə bir ehtiyaclarının olduğunu bilmirdilər. Onlara fərqində olmadıqları bir ehtiyac üçün, hazır bir həll təqdim etmək də çox bahalı bir üsul idi. Ayrıca məhsulun markasından, səhər saatlarını xatırladan AM hərflərinə yer verilməsi də məhsulun uğursuzluğuna təsir edən bir başqa səbəb idi.

MƏNBƏ: BİZPLUS.AZ

Bu kimi faydalı bloq yazılarının davamlı olmasını istəyirsinizsə, 1 DƏQİQƏ vaxtınızı ayırıb aşağıda 2 sadə addımı etməyinizi xahiş edirik.

  1. Oxuduğunuz yazını aşağıda “Facebook və ya LinkedIn” butonlarından birinə tıklayaraq öz xəbər lentinizdə paylaşmaq. (Oxuduğunuz bloqla dostlarınıza faydalı olmaq üçün)
  2. Aşağıdakı abunə xanasında emailinizi daxil edib, “Abunə ol” butonuna tıklamaq. (Dərc olunan yeni bloq yazıları barədə bildiriş almaq üçün)

Bloqu oxuduğunuz üçün sizə təşəkkürümüzü bildiririk!

Rating: 5 out of 5.

BLOQA ABUNƏ OLMAQ ÜÇÜN ZƏHMƏT OLMASA, AŞAĞIDA EMAİLİNİZİ QEYD EDİB, DAHA SONRA “İZLƏ” (SIGN UP) BUTONUNA TIKLAYIN.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: