Xəyal Abdullayev – Komfort zona və onun qurbanları

comfort-site.jpg

Komfort zona.  Bəli düz eşitdiniz – komfort zona. Nədir axı bu komfort zona?

Komfort zona istəklərimizi – arzularımızı həyata keçirib nəticə almaqda bizə mane olan ən böyük 10 manedən biridir. Bunu unutmayın dostlar, bu cür mövzularda nə qədər həssas olsaq bir o qədər bizim xeyrimizədir.

Heç bilirsinizmi? Hər gün dünyada 100 milyonlarla insan bu komfort zonanın qurbanı olur və nəticədə istəklərini heç cür həyata keçirə bilmirlər. Nəticəsiz qalırlar.

Bəzən elə olur ki, insanlar həqiqətəndə nəsə istəyirlər, lakin özlərini hərkətə gətirə bilmirlər. Çünki hər kəsin bu həyatda bir komfort zonası – komfort sahəsi vardır. Mənim, sizin, dünyada nə qədər adam varsa, hər kəsin, hətta ən zəhmətkeş adamın belə həyatında öz komfort zonası var. İndi kim bununla razılaşır- razılaşmır, öz işidir amma onu deyim ki, istənilən halda bu belədir. Psixologiya elmi də artıq bunu təsdiq edib. Bu gün də bizim hər birimizin komfort zonamız var, yəni rahat hiss etdiyimiz bir zonamız var. Həmin o dediyimiz komfort zonasının içərisində heç bir problem yoxdur.

Bəs o zaman problemlər hardadır?

Problem komfort zonasının kənarlarındadır. O zaman biz nə etməliyik? Əgər biz hər hansısa bir dəyişim etmək istəyiriksə, ən əsas da uğur qazanmaq istəyiriksə mütləq və mütləq komfort zonasının içindən çıxmalıyıq. Burda belə bir sual ortaya çıxır ki, bəs “Komfort zonadan çıxanda nə olur?” Komfort zonadan çıxanda artıq müəyyən bir ağrı yaranır. Yəni biz artıq sıxıntı, darıltı, müəyyən zehni əzginliklər içində oluruq. Bir sözlə, özümüzü diskomfort hiss edirik. Bir gün nəsə etmək istəyəndə yaxud hansısa bir addım atanda bir özünüzü və ruh halınızı müşahidə edin, o zaman görəcək və və daha yaxından hiss edəcəksiniz bunu.

Qısacası onu deyim ki, əgər həyatınızda uğur qazanmaq istəyirsinizsə bunun üçün mütləq və mütləq komfort zonanızdan çıxmağınız və həmin bu diskomfort zonaya girməniz lazımdır.Çünki həqiqətən də hər bir uğurun bir bədəli var, onu ödəmək lazımdır.Gözünüz qoxmasın, əslində bunun əvəzində çox şey – ən əsas da yaxşı nəticələr qazana bilərsiniz.

 Unutmayın ki, indiyənədək siz hansısa bir dəyişim etmisinizsə və uğur qazanaraq hansısa yaxşı bir  nəticə əldə etmisinizsə demək ki, siz o zaman komfort zonasından çıxmışdınız.

Belə bir sual ortaya qoymaq istəyirəm.

İndi olduğumuz həyatdan görəsən zövq alırıqmı? Bəli, aldığımız da var, amma dəyişmək istədiyimiz də var. Burda daha bir sual ortaya çıxır.

Niyə dəyişmək istəyirik? Ona görə dəyişmək istəyirik ki, indiki həyatımızdan da ağrı alırıq.

Bəs onda görəsən insanlar indiki həyatlarında ağrı alırlarsa və komfort zonadan çıxanda da əgər həmin ağrını alacaqlarsa niyə onda çıxmırlar bu komfort zonadan?? Mənə çox maraqlıdır. Məncə insanlar indiki həyatdan aldıqları ağrını  komfort zonalarından çıxanda alacaqları ağrıdan daha az olacağını qavramadığı üçün çıxmırlar bu komfort zonadan. Yəni problem qavramadadır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.

Yuxarı ↑

%d bloqqer bunu bəyənir: